ГлавнаяТелекомСобытияHuawei marafonçulara “Y3II” telefon modelini hədiyyə edir

Huawei marafonçulara “Y3II” telefon modelini hədiyyə edir

“Bakı Marafonu 2017”-nin sponsorlarından biri olan “Huawei” şirkəti  marafon yarışını dəstəkləməklə yanaşı, eyni zamanda, marafona qatılmaq istəyən hər kəsə möhtəşəm “Y3II” telefon modelini qazanmaq şansı yaradır.

Qazanmaq üçün şərtlər çox sadədir: Bakı Marafonunun sponsorları çərçivəsində, “Huawei həftəsi” ərzində — yalnız martın 6-dan martın 13-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər avtomatik olaraq telefonu qazanmaq şansı əldə edəcəklər.

Martın 13-də isə Bakı Marafonunun rəsmi feysbuk səhifəsində (https://www.facebook.com/bakumarathon) canlı olaraq veb tətbiqetmənin köməyi ilə (“Random Picker”) seçim keçiriləcək. Təsadüfi seçim əsasında adı çıxan ilk izləyici “Huawei” şirkətindən “Y3II” telefon modelini qazanacaq.

“Bakı Marafonu 2017”də iştirak etmək istəyənlər qeydiyyat üçün aprelin 20-dək Bakının ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə və ya onlayn olaraq “Bakı Marafonu 2017”nin saytına (www.bakumarathon.az) müraciət edə bilərlər.

Qeydiyyat məntəqələri «28 Mall» ticarət mərkəzinin birinci mərtəbəsində, «Port Baku Mall» və “Gənclik Mall” ticarət mərkəzlərində yerləşən “GoSport” idman malları mağazasında, eləcə də «Gənclik Mall” ticarət mərkəzində yerləşən “GoSport” idman malları mağazasının önündə quraşdırılan stenddə fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olacaq.

В мессенджере Telegram началось тестирование звонков
Shazam исчезнет с платформы Windows на PC и мобильных устройствах
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!