ГлавнаяТехнологииMWC 2017: Nokia şirkəti 3310 modelinin yeni versiyasını təqdim edib

MWC 2017: Nokia şirkəti 3310 modelinin yeni versiyasını təqdim edib

Nokia brendinə yiyələnmiş HMD Global şirkəti MWC 2017 sərgisi çərçivəsində əfsanəvi Nokia 3310 modelinin yeni versiyasını təqdim edib.

Telefon Nokia Series 30+ əməliyyat sistemi ilə çalışır, 2.4 düymlük QVGA-displey, 2 mpxl. kamera və microSD yuva ilə təchiz edilib. Telefona Opera Mini brauzeri və məşhur «ilan» oyunu quraşdırılıb.

Telefon bir dəfə enerji doldurulma ilə 22 saat danışıq rejimində və 1 ay gözləmə rejimində çalışa bilər. Nokia 3310 4 rəng çeşidində təqdim olunacaq: qırmızı, sarı, tünd göy və boz. Cihazın qiyməti cəmi 49 avro təşkil edəcək. Satışlar cari ilin ikinci rübündə start götürəcək.

MWC 2017: BlackBerry Key One Qwerty-smartfonunu təqdim edib
MWC 2017: планшет Samsung Galaxy Tab S3 представлен официально
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!