spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныMWC 2017: LG G6 rəsmən təqdim olunub

MWC 2017: LG G6 rəsmən təqdim olunub

Barselonada keçiriləcək MWC 2017 sərgisi öncəsi LG şirkəti yeni G6 flaqmanını təqdim edib.

Yeni cihaz metal korpusdan hazırlanıb, arxa panel zərbəyə davamlı Gorilla Glass 5 şüşəsi örtülüb. Smartfon 5.7 düymlük Full Vision-ekran (2880 x 1440) ilə təchiz edilib və Gorilla Glass 3 şüşəsi ilə örtülüb.

Cihazın prosessoru yeni olmasa da, hələ də flaqman sayılan Snapdragon 821-dir. LG G6 4 GB RAM və 32/64 GB daxili yaddaş ilə təchiz edilib. Smartfonun əsas kamerası 13 mpxl., ön lamerası isə 5 mpxl. təşkil edir. QuickCharge 3.0 texnologiyasını dəstəkləyən 3300 mAh-lik batareya da smartfonun flaqman statusunu təsdiqləyir. Əməliyyat sistemi Android 7.0 Nougat-dır.

Cihaz barmaq izi skaneri, Google Assistan səsli köməkçisi, USB Type-C, IP68 standartlı su və tozdan müdafiə texnologiyası ilə təchiz olunub. LG G6-nın satışları artıq mart ayında qara, boz və ağ rəng çeşidində star götürəcək. Qiymət hələlik məlum deyil.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -