ГлавнаяТехнологииСмартфоныMWC 2017: Huawei P10 və P10 Plus smartfonları təqdim olunub

MWC 2017: Huawei P10 və P10 Plus smartfonları təqdim olunub

Huawei şirkəti MWC 2017 (Mobile World Congress) sərgisi çərçivəsində P10 və P10 Plus flaqmanlarını təqdim edib.

Smartfonların korpusu metaldan hazırlanıb, künclər yuvarlaqlaşdırılıb. Ümumən cihaz iPhone modellərini xatırladır. Barmaq izi skanerinin ön panelə yerləşdirilməsi də buna bir işarədir. Huawei P10 və P10 Plus modelləri 8 rəng çeşidində təqdim olunub: göy, qara, qızılı, çəhrayı-qızılı, açıq yaşıl, keramik, gümüşü və prestij qızılı.

Smartfonlar Kirin 960 prosessoru (2.4 Ghz, video tezləşdirici Mali-G71 MP8), arxa qoşa kameralar (12 mpxl. + 20 mpxl., f/2.2, optik stabilləşmə) və 8 mpxl. ön kamera ilə təchiz olunublar. Heç bir cihaz su və tozdan müdafiə texnologiyasına yiyələnməyib. USB Type-C yuvası mövcuddur. Smartfonlar Android 7.0 Nougat (EMUI 5.1) əməliyyat sistemi ilə çalışırlar.

P10 və P10 Plus batareyanın həcmi, displey və yaddaş komponentlərində fərqlənirlər. Belə ki, Huawei P10 5.1 düymlük LCD IPS-displey (Full HD, piksel sıxlığı 431 ppi), 3200 mAh batareya, 4 GB RAM və 64 GB daxili yaddaş ilə təchiz olunub.

P10 Plus modeli isə 5.5 düymlük QHD-displey (piksel sıxlığı 534 ppi), 6 GB RAM və 128 GB daxili yaddaş, 3750 mAh batareya ilə təchiz edilib. Hər iki modeldə microSD dəstəyi mövcuddur (256 GB-dək).

Smartfonların satış tarixi və qiyməti hələlik məlum deyil.

MWC 2017: Nokia представила новую версию модели 3310
MWC 2017: LG G6 rəsmən təqdim olunub
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!