spot_img
20 апреля, 2024
ДомойТехнологииJawbone daşınan elektronika bazarını tərk edir

Jawbone daşınan elektronika bazarını tərk edir

Jawbone şirkətinin tarixi hələ ötən əsrin sonlarında Aliph və AlipCom adları ilə start götürmüşdü. 2010-cu ildə şirkət simsiz dinamik, bir il sonra isə UP adlı fitnes-treker istehsal etmişdi. İndi isə Jawbone bazarın bu seqmentindən çıxmağı qərar alıb.

Yeni strategiyaya əsasən, şirkət artıq birbaşa alıcıya məhsul satmayacaq və tibbi klinikalar üçün fitnes-avadanlığın istehsalı ilə məşqul olacaq.

Şirkət rəhbərliyi daşınan elektronika bazarının artıq uğur əldə etməyəcəyini düşünür, çünki bütün dünyada treker istehsalçıları böyük maliyyə itkiləri ilə qarşılaşıb. Jawbone əmindir ki, sadə bir trekerin orta gəliri olan bir alıcıya satışı əvəzinə səhiyyə sahəsində böyük gəlirlər əldə etmək olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -