spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныHuawei Honor 8 Lite rəsmən təqdim olundu

Huawei Honor 8 Lite rəsmən təqdim olundu

Yeni smartfonun korpusu 12 qat güzgü örtük əldə edib ki, bu da cihazı daha da dəyərli göstərir. Smartfon 4 rəng çeşidində təqdim olunur: qara (Midnight Black), ağ (Pearl White), göy (Sea Blue) və qızılı (Streamer Gold).

Huawei Honor 8 Lite 5.2 düymlük 1080p (1920×1080) əyilmiş kənarlara malik displey ilə təchiz edilib. Cihazın daxilinə Kirin 655 (8xCortex-A53, 2.1 Ghz, Mali-T830 MP2) prosessoru quraşdırılıb. Flaqman modeli olan Honor 8 isə Kirin 950 (8xCortex-A72, 2.0 Ghz, Mali-T880 MP4) prosessoru ilə təchiz edilib. Batareya həcmi 3000 mAh təşkil edir.

Smartfonda 3 GB RAM və 16 GB daxili yaddaş (microSD dəstəyi ilə) mövcuddur. Flaqman modelində isə 4 GB RAm və 32 GB daxili yaddaş nəzərə çarpır.

Cihazda 12 mpxl. f/2.2 obyektivli əsas kamera və 8 mpxl. selfie-kamera quraşdırılıb. Huawei Honor 8 Lite Android Nougat 7.1 əməliyyat sistemi ilə çalışacaq (EMUI 5.0).

Qeyd edək ki, Huawei Honor 8 Lite-ın rəsmi qiyməti 160 və 232 dollar təşkil edəcək (müvafiq olaraq 3/16 GB və 4/32 GB versiyalar üçün).

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -