ГлавнаяТелекомСобытияAstronomlar Yer kürəsinə bənzər 7 planet kəşf ediblər

Astronomlar Yer kürəsinə bənzər 7 planet kəşf ediblər

NASA və Avropa cənubi rəsədxanası (ESO) Yer kürəsindən 40 işıq ili uzaqda yerləşən TRAPPIST-1 ulduzunun planet sistemi haqqında ətraflı məlumat paylaşıb. ESO tərəfindən Rusbase-ə verilən məlumatlara əsasən rb.ru bu kəşfin niyə belə əlamətdar olması və diqqət cəlb etməsi haqqında yazıb.

Nə kəşf edilib

Astronomların məlumatlarına əsasən, TRAPPIST-1 sistemində Yer kürəsinə bənzər 7 planet mövcuddur. Onlardan üçü mümkün yaşayış zonasında yerləşir — ulduza çox yaxın orbitlərdə fırlanırlar. Bu isə o deməkdir ki, bu planetlərdə su okeanların olması ehtimalı çox yüksəkdir. TRAPPIST-1 planetləri öz ölçülərinə görə Yer kürəsi və Veneranı xatırladırlar. Qeyd edilir ki, potensial olaraq bütün 7 planet mümkün yaşayış zonasında yerləşə bilər, lakin bu ehtimal azdır.

Niyə bu vacibdir

Su okeanları həyatın yaranması və inkişafı üçün başlıca şərtdir. TRAPPIST-1 bəşəriyyətə məlum olan ilk sistemdir ki, birdən birə 7 planetdə həyatın olması ehtimalı mövcuddur. TRAPPIST-1 balaca qırmızı ulduzdur, hansının ki ətrafında kiçik planetlər dövrə edir. Astronomlar qeyd edir ki, yad planetli varlıqları da məhz bu tip sistemlərdə axtarmaq lazımdır.

Planetlər necə kəşf edilib?

Yerüstü və kosmik teleskoplardan istifadə olunub, məsələn, Çilidə yerləşən Trappist teleskopu. Bütün planetlər tranzit metodu ilə kəşf olunub — ulduzun parlaqlığında baş vermiş mümkün dəyişikliklərin qeydə alınması yolu ilə. Bu dəyişikliklər ulduz ətrafında fırlanan planetlərə görə baş verir.

TRAPPIST-1 ulduzu bizim Günəşə bənzəyirmi?

Qətiyyən. Bu ulduz çox kiçikdir (Günəşin 8%-i) və qırmızıdır. Bütün 7 planetlər ulduza çox yaxın fırlanırlar (Merkuriy ilə Günəş arasında olan məsafədən daha yaxın).

Planetlərdən birində mümkün 360 dərəcəli görüntü

 

Google da bu əlamətdar hadisəni qeyd edib:

Представлено новое навигационное приложение с голосовым сопровождением
Samsung Galaxy S8 Plus-un ətraflı göstəriciləri
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!