spot_img
18 апреля, 2024
ДомойТехнологииСмартфоныCES 2017: Yeni BlackBerry Mercury təqdim olundu

CES 2017: Yeni BlackBerry Mercury təqdim olundu

Las-Veqasda keçirilən CES 2017 sərgisində BlackBerry şirkətinin «QWERTY» fiziki klaviaturası ilə təchiz olunmuş yeni Mercury modelini təqdim edəcəyi gözlənilirdi. Şirkət smartfonu jurnalistlərə təqdim etsə də, məlum oldu ki, bu yalnız prototipdir. Lakin smartfonun istehsalına start veriləcəyi rəsmən bəyan edildi.

BB Mercury 2

 

BlackBerry Mercury-nin fiziki QWERTY-klaviaturasına barmaq izi skaneri də quraşdırılacaq («ara» düyməsində). Cihaz Android Nougat əməliyyat sistemi ilə çalışacaq. Biznes-istifadəçilər və məlumat təhlükəsizliyi üçün smartfonun xüsusi BlackBerry proqram təminatı ilə də istehsal ediləcəyi deyilir. Klaviaturanın üst hissəsində böyük sensor ekran quraşdırılıb. Qulaqcıqlar üçün 3.5 mm yuva və USB Type-C mövcuddur.

Smartfon haqqında daha ətraflı məlumatın gələn ay keçiriləcək MWC 2017 sərgisində təqdim olunacağı deyilib.

BlackBerry Mercury 1

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -