2016-cı ilin ən uğurlu Çin mobil şirkətlərinin adları açıqlanıb
IHS Technology analitik şirkəti 2016-cı ildə ən uğurlu performans təqdim etmiş 10 Çin mobil şirkətinin adlarını açıqlayıb. Reytinq dünya üzrə satışlar əsasında tərtib edilib. Reytinqin lideri rəqiblərini böyük fərqlə geridə qoymuş Huawei şirkətidir - 139 milyon smartfon. İkinci pillədə 95 milyon cihazın satışı ilə Oppo qərarlaşıb.