Data Mərkəz (Data Center) nədir?

Data Mərkəz, daxilində məlumat ötürülməsi üçün müxtəlif xidmətlər göstərən bir mərkəzdir (binadır), hansı ki, içində çoxlu sayda çəkməcələr var və hər çəkməcədə də 42-47 serverin yerləşməsi üçün yerlər var.
Bəzi serverlər var ki 2 serverin yenini tutur. Standart olaraq bunlar Unit-lərlə ölçülür.

Azərbaycanda hal hazırda Beynəlxalq səviyyədə fəaliyyət göstərən 2 iri və bir çox xırda Data Mərkəzlər var.
Bunlardan biri Delta Telecom-un nəzdində fəaliyyət göstərən Data Center və digəri AzInTelecom-un nəzdindəki Data Mərkəzdir.

Lakin beynəlxalq standartı olan yalnız 1 Data Mərkəz var. Bu da bu günlərdə rəsmi açılışı olmuş AzInTelecom nədzdindəki TIER 3 standartlı Data Mərkərzdir. Bəs bu TIER 3 standartı nədir?

İlk olaraq qeyd edək ki, 4 TIER standartı var.
Bu standartlar zəifdən güclüyə doğru gedir.

TIER I: Mövcudluğu: 99.671%
İllik toplam 28.8 saat fasilə ilə işləyə bilər.
Rezervsiz.

TIER II: Mövcudluğu: 99.741%.
İllik toplam 22 saat fasilə ilə işləyə bilər.
Qismən rezervli. (Kritik hissələrin rezervlənməsi)

TIER III: Mövcudluğu: 99.982%
İllik toplam 1.6 saat fasilə ilə işləyə bilər.
Ehtiyat N+1
Hər hansı bir hissəni ekspluatasiya üçün çıxarıb düzəltmək və yenidən funksionallığa qaytarmaq imkanı var. Beləcə Data Mərkəzin funksionallığında heç bir dayanma olmur.

TIER IV: Mövcudluğu: 99.995%
İllik toplam 26 dəqiqə fasilə ilə işləyə bilər.
Ehtiyat 2N+1
Bu ən etibarlı data mərkəz modelidir. Belə ki, hər hansı insan faktoru olan yalnız 1 qəza ola bilər ki, o da ümumi işin dayanmasına heç bir maneə törətməməlidir.

Bəs bu standartları kimlər verir?
Data Mərkəzlər üçün TIA 942 və Uptime Institute tərəfindən sertifikatlar verilir.

tia-942
TIA 942 — Telecommunications Industry Association — Telecommunications Infrastructure Standard for Data Centers:
– Məsləhət xarakteri daşıyır
– ABŞ tərəfindən hazırlanmışdır və Data Mərkəzdəki kabellərin strukturlaşması, dayanıqlığı və digər mühəndis işlərinin strukturu vardır
– Müxtəlif işləri görmək üçün addım addım prinsipi ilə məsləhətlər verir
– Çox vaxt layihənin sənəd üzərindəki qaydaları yoxlanılaraq sertifikatlaşdırılır

uptimeinstitute_logo-2
Uptime Institute — Tier Classifications Define Site Infrastructure Performance
– Data Mərkəzin dayanıqlığını yoxlamaq üçün olan bir standartdır
– Əgər sertifikat almaq istəyirsizsə vacib xarakter daşıyır
– Addım addım prinsipi yoxdur, lakin ümumi yaxınlaşma və layihələşdirmə prinsipləri vardır.
– Seritifikatlaşdırma Uptime Institute tərəfindən aparılır.
– Layihə və nəticəsi sertifikatlaşdırılır
– Layihənin ən son nəticəsi yoxlanılır və sertifikatlaşdırılır
– İlk olaraq layihə yoxlanılır (Tier Certification of Design Documents), sonra hazır nəticə (Tier Certification of Constructed Facility) və sonra mütəmadi olaraq 1-2 ildən sonra isə onun istismarının standartları qoruması yoxlanılır (Operational Sustainability Certification).

Hansı ölkələrdə data mərkəzlər var və nə qədərdir?
Data Center Map üzrə baxdıqda
Azərbaycanda hal hazırda 1 işlək data mərkəzin olduğu (Delta Telecom) görmək olur.
Top 3 ölkə arasında ABŞ – 1646, Böyük Britaniya – 239, Almaniya – 182 görmək olar.
Yaxın ölkələrdən – Rusiyada 47, Türkiyədə 41, İranda – 17 Data Mərkəz var.

Standartları yoxladıqda isə.
Yenə də Azərbaycanda yalnız 1 data mərkəzin olduğunu(AzInTelecom) görə bilərik.
Yaxın ölkələrdən
Rusiyada – 1 TIER IV, və 22 TIER III standartlı
Türkiyədə – 2 TIER IV, və 12 TIER III standartlı
Qazaxıstanda – 2 TIER III standartlı
Data mərkəzlərin olduğunun şahidi olarıq
Beləcə demək olar ki, ölkənin infrastrukturunun güclü olması üçün çoxlu sayda Data Mərkəz qurulmalıdır ki, inkişaf olsun. Həmçinin də bu data mərkəzləri qurarkən ekologiyanın çirklənməməsi üçün enerji sərfiyyatında yaşıl texnologiyalardan istifadə etdikdə o daha prestijli layihə sayılır.

Maraqlı bir hal odur ki, Google, Facebook, eBay, Amazon kimi şirkərlət TIER standartı üçün sertifikasiyadan keçmirlər.

Data Mərkəzləri haqqında prezentasiyanı da izləyə bilərsiz.

Mənbə: www.aliev.info

Приложение SAP Penalty Insights для вратарей доступно на SAPStore.com
Apple pilotsuz nəqliyyat vasitələrinə olan marağını təsdiqləyib
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!