spot_img
23 апреля, 2024
ДомойSoftwareМобильные приложенияAGBank Mobile Bank sizin telefonunuzda

AGBank Mobile Bank sizin telefonunuzda

AGBank müştərilərinin istəyi ilə mobile bankinq xidmətində bir çox yeniliklər edib. AGBank tam yenilənmiş mobil programın işə salınmasını elan edib.

Əhəmiyyətli dəyişikliklər programın dizaynına və strukturuna təsir göstərib. Yeni funksiyalar əlavə olunub, interfeys isə daha da sadələşdirilib, bunun sayəsində istifadəçilər lazımi əməliyyatları daha sürətli icra edə bilərlər, həmçinin, mühüm məlumatları əldə edə bilərlər. Amma bu da son deyil – yenilənmiş mobil programın əsas fərqi ondan ibarətdir ki, bu programdan həm Bankın müştəriləri, həm də Bankın müştərisi olmayan şəxslər istifadə edə bilərlər.

Bankın müştərisi olmayan şəxslər hansı xidmətlərdən istifadə edə bilərlər?

  • Kommunal ödənişlər
  • Kreditin ödənişi
  • AGBank tərəfindən keçirilən kampaniyalar və Bankla bağlı xəbərlər
  • AGBankın məhsulları ilə tanişlıq (kartlar, əmanətlər ) Həmçinin sifariş istəyi saxlamaq mümkündür.
  • Valyuta kalkulyatoru
  • Pul köçürmələri kalkulyatoru
  • Online Bank programın DEMO versiyasının baxışı
  • ATM və filialların siyahısı və olduğunuz ərazidə yerləşən ən yaxın ATM və ya filiala xəritə üzrə marşrutun qeyd olunması.

AGBank mobil proqramı iOS və Android platformaları, smartfon və tablet sahiblərinə AppStore və PlayMarket-də pulsuz yükləniş üçün mövcud olacaq.

 

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -