spot_img
18 апреля, 2024
ДомойТелекомСобытия“TechFall 2016 Hackathon” yarışmasına qeydiyyat başlayır

“TechFall 2016 Hackathon” yarışmasına qeydiyyat başlayır

“TechFall 2016 Hackathon” layihəsi Barama İnnovasiya və Sahibkarlıq mərkəzi və WoWoman platformasının təşkilatçılığı ilə baş tutacaq developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Bu layihədə yaşı 18-dən yuxarı və bu sahə üzrə fəaliyyət göstərən hər kəs iştirak edə bilər. Layihəyə müraciət edən komandalar 3 nəfərdən ibarət olmalıdır və ilk seçim mərhələsindən yarışmaya 15 komanda seçiləcək. İlk seçim mərhələsində komandalardan qeydiyyat bölməsində olan xanaları doldurmak tələb olunur. Son qeydiyyat tarixi: 25 oktyabr.

Qeydiyyat üçün bu istinada keçə bilərsiz: http://techfall.barama.az/qeydiyyat/

İkinci mərhələdə seçilmiş komandalar mobil tətbiq hazırlamaq üzrə təcrübəsini göstərmək məqsədilə ofisimizə dəvət olunacaqlar. Burda komandalar Azərbaycan mövzusunda hazırladıqları istənilən tətbiqetməni nümayiş etdirmək kifayətdir.

5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar.

“TechFall” yarışmasında ilk 3 yerin sahibləri “Step IT” akademiyasından IT kurslarda 1 aylıq kursda iştirak kuponu, AZERCELL və Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaqlar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -