spot_img
19 апреля, 2024
ДомойSoftwareИгрыKompyuter oyunları üzrə X Milli Çempionatına qeydiyyat başladı

Kompyuter oyunları üzrə X Milli Çempionatına qeydiyyat başladı

Azərbaycan Kiber İdman Federasiyası Kompyuter oyunları üzrə X Milli Çempionatına qeydiyyata start verir. Qeydiyyat aşağıdakı fərdi və komanda yarışları üzrə aparılır:
FIFA 16 (1×1); StreetFighter V (1×1); HearthStone (1×1); Counter Strike: Global Offensive (5×5); DOTA 2 (5×5); PointBlank (5×5); League of Legends (5×5).

Təşkilat Komitəsi X Milli çempionatı çərçivəsində IeSF 2016 çempionatının seçmə oyunlarının da keçirilməsi barədə qərar qəbul edib. IeSF üzrə qeydiyyatdan keçmiş iştirakçılardan təkrar qeydiyyat tələb olunmur.

Bakı şəhəri üzrə qeydiyyat avqustun 21-dək aparılacaq. Zonalar üzrə qeydiyyatın son tarixi isə Zonaların təşkilat komitələri tərəfindən müəyyənləşdiriləcək.

İştirak üçün ərizəni aşağıdakı ünvandan yükləyə bilərsiniz:
1. Fərdi ərizə:
http://cybersport.az/tournam…/…/reg/RegistrationForm2016.doc
2. Komanda ərizəsi:
http://cybersport.az/…/2016/reg/TeamRegistrationForm2016.doc

Doldurulmuş ərizəni [email protected] ünvanına göndərin. Qeydiyyatın təsdiqi barədə məlumatı üç iş günü ərzində alacaqsınız.

Tarix və məkan barədə dəqiq məlumat əlavə olaraq diqqətinizə çatdırılacaq.

Diqqət! Yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər iştirak edə bilərlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -