spot_img
18 апреля, 2024
ДомойТехнологииСмартфоныHuawei Honor Note 8 bu gün rəsmən təqdim olundu

Huawei Honor Note 8 bu gün rəsmən təqdim olundu

Yeni flaqman metal korpusdan ibarətdir və 6.6 düymlük Quad HD (2560 x 1440) displey, barmaq izi skaneri və həcmli batareya ilə təchiz olunub. Honor Note 8 modeli 13 meqapiksellik iki rəngli işıqlandırması olan əsas kamera, eləcə də, 8 meqapiksellik ön kamera ilə ictimaiyyətə təqdim olunub.

huawei1

huawei2

Smartfon şirkət məhsulu olan 8 nüvəli Kirin 955 prosessoru ilə təchiz olunub. Əməliyyat yaddaşı (RAM) 4 GB, daxili yaddaş isə 32/64/128 GB təşkil edir; microSD yuvası mövcuddur və 128 GB-dək yaddaş kartlarından istifadə mümkündür. Huawei Honor Note 8-in batareyası 4500 mAh-dir və sürətli enerji doldurma funksiyası mövcuddur. İki SIM-kart dəstəyi, LTE, Wi-Fi, Bluetoth 4.2, GPS, NFC və USB Type-C mövcuddur. Cihaz Android 6.0 Marshmallow (EMUI 4.1) əməliyyat sistemi ilə çalışır. Flaqmanın ölçüləri 178,8 х 90,9 х 7,18 mm, çəkisi isə 219 qr. təşkil edir.

Huawei Honor Note 8 qızılı, gümüşü və boz rənglərdə təqdim olunur. Çin bazarında smartfonun 32 GB-lıq versiyası 346 dollara, 64 GB-lıq versiyası 376 dollara, 128 GB-lıq versiyası isə 420 dollara təqdim oolunacaq. Satışlar Çində 9 avqustdan etibarən start götürəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -