spot_img
19 апреля, 2024
ДомойСайтыСоциальные сервисыUber Bakıda gedişlər zamanı nəğd ödənişlərin qəbuluna start verdi

Uber Bakıda gedişlər zamanı nəğd ödənişlərin qəbuluna start verdi

Uber servisi artıq Bakı daxilində gedişlər zamanı ödənişi həm plastik kartlarla, həm də nəğd olaraq qəbul edəcək. Xatırladaq ki, amerikan şirkəti nəğd ödənişlərin qəbulu ilə bağlı sınaqlara 2015-ci ilin may ayında hind şəhəri olan Haydrabadda (əhali sayına görə ölkədə dördüncü sırada yer alır) start vermişdi. Uber üçün ənənəvi sayılan sırf bank kartları ilə ödənişin ləğv olunması səbəblərindən biri kimi o göstərilir ki, dünyanın bəzi regionlarında kartlar əhalinin yalnız 10%-də mövcuddur.

Uber

Qeyd edək ki, daha əvvəl Uber nəğd ödənişin qəbul edilməməsinə görə tənqid olunmuşdu. Belə ki, 2014-cü ildə Tayland hökuməti Hindistanın ardınca şirkətin fəaliyyətinə qadağa qoymuşdu. Onlar sırf kartla ödənişin tətbiqini sərnişinlər arasında “ayrıseçkilik” edilməsi kimi qələmə vermişdilər.

Uber

Uğurlu sınaqlardan sonra ilk etapda yeni funksiya Uber servisinin Bakıdakı bütün istifadəçiləri üçün mövcud olmayacaq. Mobil tətbiqdə yaranacaq “Nəğd ödəniş” seçimindən istifadə edən sərnişinə plastik kartla ödəniş bölməsinə keçmək lazım gəlməyəcək. Gediş sifarişi zamanı müştəri gedişin təxmini qiymətini görə biləcək, təyin olunmuş ünvana çatdıqda isə sürücü dəqiq olaraq gediş haqqının əks olunduğu smartfonunu aktiv mobil tətbiqlə birlikdə sərnişinə təqdim edəcək.

Uber

Siz Uber sürücüləri üçün nəzərdə tutulmuş video-təlimatla da tanış ola bilərsiz:

Uber – dünyanın 68 ölkəsində fəaliyyət göstərən beynəlxalq taksi servisidir. Azərbaycanda şirkətin xidmətlərindən yalnız Bakıda istifadə etmək mümkündür. Taksi sifarişi xüsusi mobil tətbiqin köməyi ilə həyata keçirilir, hansında ki, istifadəçi sifariş etdiyi nəqliyyat vasitəsinin hərəkət istiqamətini izləyə bilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -