spot_img
11 августа, 2022
spot_img
ДомойТелекомСобытияBu gün IBM şirkətinin 105 yaşı tamam olur!

Bu gün IBM şirkətinin 105 yaşı tamam olur!

16 iyun 1911-ci ildə ABŞ-da bu gün IBM olaraq tanınan Computing-Tabulating-Recording Company şirkəti təsis olunmuşdu.

Gələcəyin IT-nəhəngi “karyerasına” əhalinin siyahıya alınması ilə start vermişdi: 1890-cı ildə ABŞ-da bunun üçün ilk dəfə elektrik tabulyatordan istifadə olunmuşdu. Möcüzəvi cihazın ixtiraçısı 1896-cı ildə Tabulating Machine Company adlı şirkəti təsis etmişdi, hansı ki, 16 iyun 1911-ci ildə Computing Tabulating Recording (CTR) şirkətinin bir hissəsinə çevrilmişdi. Bu zaman şirkət elektrik avadanlıqların geniş istehsalı ilə məşqul idi.

1914-cü ildə CTR-in baş direktoru vəzifəsinə Tomas Uotson gəldi (bəli, IBM Watson sistemi məhz onun şərəfinə adlandırılıb). O, CTR şirkətini böyük tabulyasiya cihazlarının istehsalı üzrə ixtisaslaşan böyük bir  təşkilata çevirdi, onu beynəlxalq bazara çıxardı və 1941-ci ildə adını dəyişərək International Business Machines (IBM) etdi.

1943-cü ildə IBM “kompüter erası” başlandı: “Mark I” adlı 4.5 ton çəkisində ilk kompüter istehsal olundu. Daha sonra FORTRAN dili istifadəyə verildi və  IBM System/360 yarandı: ilk universal kompüterlər və yaddaşın bayt ünvanlanması xüsusiyyətinə malik ilk kompüterlər. Və, əlbəttə ki, 1981-ci ildə həmin “IBM PC” təsis edildi.

IBM bugün ilk növbədə istənilən xidmət sahəsini təkmilləşdirməyə imkan yaradan idrak və bulud texnologiyalarıdır: tibb, təhsil, turizm, bankçılıq və s. Şirkət dünyanın ən böyük aparat və proqram təchizatı istehsalçılarından biri olaraq qalır, o cümlədən IT-servis və konsaltinq xidmətini göstərən şirkət kimi tanınır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,158ФанатыМне нравится
993ЧитателиЧитать
3,138ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -