spot_img
23 апреля, 2024
ДомойSoftwareОперационные системыAndroid yerləşdiyiniz məkana uyğun olaraq tətbiqlər təklif edəcək

Android yerləşdiyiniz məkana uyğun olaraq tətbiqlər təklif edəcək

Google şirkəti Android əməliyyat sisteminə yeni «Yaxınlıqda» adlı funksiya əlavə edib. Bu funksiya istifadəçiyə yerindən asılı olaraq müxtəlif faydalı tətbiqlər və veb-saytlar təklif edir. Məsələn, siz mağazada olarkən sistem bunu müəyyən edir və barkodların skan edilməsi üçün tətbiq təklif edir və yaxud əgər muzeydəsinizsə, o zaman sizə eksponatlar haqqında məlumat əldə etməniz üçün audio-bələdçi tətbiqi təklif olunur.

Googlenear

Hələlik sistemin müəyyən edə biləcəyi yerlər siyahısında bir neçə hava limanı və muzeylər mövcuddur. Google gələcəkdə bu siyahını genişləndirəcəyini söz verib.

«Yaxınlıqda» funksiyası Google Play Services-in ən son yeniləməsində aktiv olunub və Android 4.4 KitKat və daha yeni versiyalarda çalışır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -