spot_img
19 апреля, 2024
ДомойSoftwareПрограммное обеспечениеSiri yaradıcıları daha da təkmilləşdirilmiş Viv virtual köməkçisini təsis ediblər

Siri yaradıcıları daha da təkmilləşdirilmiş Viv virtual köməkçisini təsis ediblər

Daq Kittlaus (Dag Kittlaus) və Adam Çiyer (Adam Cheyer) bir zamanlar Siri-nin yaradılmasında böyük əmək sərf etmişdilər. Bu dəfə onlar süni intellekt sahəsində öz yeni məhsullarını təqdim etməyi planlaşdırırlar.

Viv adlı yeni virtual köməkçinin təqdimatı cari ilin may ayının 9-na planlaşdırılıb. Qeyd edilir ki, Viv bir çox əməliyyatları yerinə yetirə bilir. Məsələn, şam yeməyi üçün masa sifarişi və yaxud filmə baxmaq üçün bilet sifarişi bir sorğu ilə həyata keçirilə bilər. Bu tip əməliyyatlar yerinə yetirilərkən Viv mümkün olan bütün parametrləri analiz edir: qiymət, keyfiyyət, kino zalında boş yer və s. Viv-in bir çox funksiyaları digər proqramlarla inteqrasiya olunub, məsələn, Uber, Florist One, ZocDoc və s.

Məlumat yayılıb ki, Facebook və Google artıq Viv virtual köməkçisini almaq barədə təkliflərini ediblər, ancaq Viv Labs təsisçilərindən bu təkliflərə hələki heç bir cavab gəlməyib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -