spot_img
27 апреля, 2024
ДомойSoftwareМобильные приложенияGoogle-dan iOS üçün Gboard klaviaturası

Google-dan iOS üçün Gboard klaviaturası

Bu günlərdə Google iOS üçün Gboard adlı klaviaturanı təqdim edib. Zahirən Gboard iOS-in standart klaviaturasını xatırladır, yeganə fərqli xüsusiyyət quraşdırılmış axtarışın olmasındadır. Xüsusi düymənin köməyi ilə istifadəçilər axtarış bölməsinə rahatlıqla keçə bilər və lazım olan informasiyamı əldə edə bilərlər. Tapılan informasiyanı çatda həmsöhbətlə paylaşa bilərsiniz və ya mətn, qeyd kimi yaddaşda saxlaya bilərsiniz.

Gboard-ın digər xüsusiyyətlərinə smayliklərin və animasiyaların axtarış imkanı, eləcə də yeni Glyde adlı mətn yazma növü daxildir. Onun köməyi ilə klaviaturada bir barmaqla hərflər üzərində hərəkət edərək yazmaq mümkündür.

Hal-hazırda yeni klaviatura yalnız ABŞ ərazisində App Store-da mövcuddur və digər regionlarda tezliklə əlavə olunacağı bildirilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -