spot_img
19 апреля, 2024
ДомойSoftwareОперационные системыGoogle Android üçün yeniləmələrin paylanılmasını sürətləndirəcək

Google Android üçün yeniləmələrin paylanılmasını sürətləndirəcək

Hər bir Android istifadəçisi bu əməliyyat sisteminin bəlkə də ən zəif tərəfini bilir. Bu, əlbəttə ki, aktual versiyalara yenilənmənin gec baş verməsidir. Məsələn, Android Marshmallow əsasında cəmi 7.5% cihaz fəaliyyət göstərir. Lakin Google bu problemə müdaxilə etməyi planlaşdırır.

Bloomberg məlumat verir ki, Google bu məsələni qeyri-adi yolla həll etməyi düşünür. Belə ki, şirkət müxtəlif smartfon istehsalçılarının öz məhsullarını hansı sürətlə yenilədiyi barədə hesabat dərc edəcək. Beləcə istehsalçıların arasında siyahıda ilk pillələrdə yer almaq üçün rəqabət olacaq və şirkətin fikrincə əməliyyat sistemi yenilənmələrinin sürəti artacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -