spot_img
29 марта, 2024
ДомойТелекомСобытияBakıda növbəti eTicarət tədbiri keçirildi

Bakıda növbəti eTicarət tədbiri keçirildi

28 May Bakıda növbəti  eTicarət  tədbiri keçirilib. Etimag-ın xəbərinə görə, ITC Plazada  keçirilən tədbir “ETI (Elektron Ticarət İcması)” və ETİD (Elektron Ticaret İşletmecileri Derneği) tərəfindən təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun, “ePttAVM” şirkətinin Satış direktoru Can Arıca, “Lezzetlihediyyeler.com” CEO-su Ömer Gürkan, “iyzico” şirkətinin Marketing Direktoru Cağdaş Önen, “Garanti Bankası” eTicarət, onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay , ETİ rəhbəri Rəşad Camal, Axundov Group –un təsisçisi və CEO-su Telman Axundov, Lalafo.az şirkətinin CEO-su  Kostiantyn Miska kimi mütəxəssislər təcrübə və biliklərini bölüşüblər.

eTicaret

Tədbirdə “ETİ ”rəhbəri Rəşad Camal “Köhnə Biznes Modellərindən Yenisinə keçid” mövzusunda çıxış edib. O, elektron ticarətin gələcəkdə daha da genişlənəcəyini vurğulayıb: “Hazırda dünyanın bir çox pərakəndə mağazalarının bağlandığını görürük. Çünki onlar öz ticarətlərini daha geniş formada internet üzərindən qururlar”. Rəşad Camal  tədbirdə ETİ və ETİD arasında  əməkdaşlıq və partnyorluq sazişi imzalandığını və bundan sonra bu tip tədbirlərin daha tez-tez təşkil ediləcəyini elan etdi.

eTicaret

Teknosa.com və Kliksa.com qurucusu Hakan Orhun  eTicarətdə iş planının qurulmasından danışıb. O, ticarətdə keyfiyyətin xüsusi önəmini vurğulayaraq, keyfiyyətin düzgün təbliğinin sağlam rəqabət baxımından vacib olduğunu deyib. Həmçinin eTicarətə başlayarkən qarşıya çıxan problemlər və onlların həlli yolları barədə danışıb.

eTicaret

“Garanti Bankası” eTicarət, onlayn və mobil ödənişlər üzrə Baş direktoru Arda Çağaptay  çıxışında bankların eTicarətin inkişafında bilavasitə rolu olduğunu bildirib. Həmçinin təmsil etdiyi bankın eTicarət-ə verdiyi dəstək, ortaya çıxan problemlər və həlli yolları barədə maraqlı məlumatlar paylaşıb.

eTicaret

Qeyd edək ki, tədbirin sponsorları “Azal”, “Portmanat.az” və “e-pul.az”dır. Tədbirin təşkilati dəstəyi www.shopera.az , media dəstəyi isə www.etimag.az –a  məxsusdur.

eTicaret

eTicaret

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -