spot_img
29 марта, 2024
ДомойТелекомСобытияAvstraliyalı Kreyq Rayt özünü bitkoinlərin yaradıcısı adlandırıb

Avstraliyalı Kreyq Rayt özünü bitkoinlərin yaradıcısı adlandırıb

BBC yazır ki, əvvəllər Satoşi Nakamoto təxəllüsü ilə tanınan avstraliyalı sahibkar Kreyq Rayt (Craig Wright) özünü bitkoin kriptovalyutasının yaradıcısı adlandırıb.

Rayt jurnalistlərə lazım olan bütün məlumatı ötürmək üçün eyni anda BBC, The Economist və GQ ilə əlaqə saxlayıb. Belə ki, o, 2009-cu ildə ilk dəfə olaraq bitkoinləri alması və onları istifadə etməsinə dair sübutlar təqdim edib.

1

Raytın sözlərinə görə o, kriptovalyutanın yaranmasında əsas rol oynayıb, amma onunla bərabər digər insanlar da işləyib. Onlardan biri kriptoqraf Hal Finidir.

Yaxın bir zamanda Rayt daha ətraflı sübutlar təqdim edəcəyinə dair məlumat paylaşıb. Bundan başqa öz bloqunda pul, şöhrət və tanınmaq istəmədiyini bildirib. O qeyd edib ki, yeganə istəyi insanların artıq həqiqəti öyrənməsi və onu rahat buraxmasıdır.

BBC-nin məlumatına əsasən “Nakamoto”-nun virtual hesabında 1 milyona yaxın bitkoin ola bilər. Bu isə təxminən 450 milyon dollar edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -