spot_img
20 апреля, 2024
ДомойТехнологииПланшетыYenilənmiş Amazon Fire planşeti: yeni rəng seçimləri və daha çox daxili yaddaş

Yenilənmiş Amazon Fire planşeti: yeni rəng seçimləri və daha çox daxili yaddaş

Amazon Fire planşeti keçən ilin sentyabr ayında təqdim olunmuşdu və ucuz qiymətinə görə məhşurlaşmışdı. Belə ki, ədəd olaraq planşet 50 dollara satılırdı, xüsusi bağlamada olan 6 planşet birlikdə isə 250 dollara təklif edilirdi. Amazon planşeti bir qədər yeniləyib: indi daha üç rəng əlavə olunub (tünd qırmızı, göy və narıncı) və daxili yaddaşı ikiqat artırılmış versiya təqdim olunub. Əvvəlki versiya 8 GB daxili yaddaş ilə müştərilərə təqdim edilirdisə, indi 16 GB daxili yaddaşı olan planşet 70 dollara təklif olunur.

Planşetin digər göstəriciləri dəyişməz olaraq qalıb: 7 düymlük 1024×600 IPS ekran, 4 nüvəli 1.3 Ghz MediaTek MT8127 prosessoru, 1 GB operativ yaddaş (RAM), micro SD dəstəyi, 2 və 0.3 MP kameralar, Android (Fire OS 5) əməliyyat sistemi və 313 qr. çəki.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -