spot_img
20 апреля, 2024
ДомойСайтыСоциальные сервисыFacebook postlara görə istifadəçilərə pul ödəyəcək

Facebook postlara görə istifadəçilərə pul ödəyəcək

The Verge məlumat yayıb ki, Facebook sosial şəbəkəsi istifadəçilərə yerləşdirdikləri postlara görə pul ödəyəcək. Şirkət istifadəçilərin hansı yolla mükafatlandırılması barədə sorğu keçirib.

İştirakçılara oxuculardan gələn gəlir, reklam gəlirinin bir hissəsi, sponsor məzmununun yerləşdirilməsi kimi variantlar təqdim edilib. Sorğuda yalnız təsdiqlənmiş və oxucularının sayı orta göstəricidən yuxarı olmayan istifadəçilər iştirak edə bilib.

The Verge qeyd edir ki, şirkət belə qənaətə gəlib ki, məzmun müəllifi olan istifadəçiləri mükafatlandırmaq lazımdır, çünki belə məzmunların sayı getdikcə azalır. İstifadəçilərin böyük hissəsi “repost”-a üstünlük verir, hansının ki müəllif hüququ digərlərinə aiddir. Instagram-ın yaranması ilə Facebook-da istifadəçilərin yerləşdirdiyi şəkillərin sayı da azalıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -