spot_img
19 апреля, 2024

Deponia Doomsday

Deponia Doomsday Almanıyanın Daedalic Entertainment studiyasının yaratdığı Deponia kvest seriyasının davamıdır. Hadisələr dəhşətli yuxudan başlayır. Başıbəla ixtiraçı Rufus yuxusunda görür ki, Deponiyanı partlatmalıdır. Kabusdan oyanan kimi Rufus başa düşür ki, buna qətiyyən yol verilməməlidir. Rufus Mak Xronikl adlı çılğın alimdən kömək istəyir. Zaman problemlərində ixtisaslaşan alim Rufusun gördüyü kabusun sadəcə bir yuxu olub olmadığını müəyyən etməlidir. Deponia Doomsday sizə bol yumor, yeni və köhnə personajlarla görüşlər, hadisələrin gözlənilməz istiqamət dəyişdirməsi kimi bir çox maraqlı məqamlar bəxş edəcək.

Deponia Doomsday

Ölüb dirilənlər

Trilogiyanın son dərəcə mükəmməl və məntiqli finalına baxmayaraq, Daedalic Entertainment gözlənilmədən sevimli personajı diriltməyə qərar verdi və bunu həqiqətən əla şəkildə edə bildi. Sən demə, Deponia, Chaos on Deponia və Goodbye Deponia hadisələrinin hamısını Rufus yuxusunda görübmüş! Belə çıxır ki, nə Qoal ilə tanışlıq, nə Eliziumdakı dağıntılar, nə fədakarca atılan addımlar, nə də hər hansı başqa hadisə əslində baş verməyibmiş.

Bizim ixtiraçı yuxudan Deponiyanı tərk edərək orbital cənnət — Eliziuma getməyə hazırlaşan məqamda oyanır. Elizium sakinlərinin zibilliyə dönmüş planetin əhalisindən xəbərləri yoxdur. Bu, o demək deyil ki, Deponia Doomsday-ə ancaq əvvəlki seriyalardan xəbəri olanlar dəvət olunurlar. Lakin, hər şeyi tam anlamaq üçün əlbəttə ki, əvvəlki üç hissəni keçmək yaxşı olardı. Axı Rufus yuxuda başına gələnləri çox yaxşı xatırlayır. Professor Mak Xronikl ilə birlikdə o, dünyanı gözlənilən apokalipsisdən, bədheybət çmorlokların basqınından, zamanın kontinium ziddiyyətlərindən, hətta sıxıntıdan və min bir başqa bəlalardan xilas etmək üçün zamanı və məkanı dəlib keçməlidir.

Deponia Doomsday

Təəccüblənəcəksiniz

Oyunun özü isə, əvvəllər də olduğu kimi, izah edilə bilməyən məntiqli, qatma-qarışıq yumoristik kvestdən başqa bir şey deyil. Göydən ulduz qoparmaq istəyirsiniz? Nərdivana dırmaşın və qoparın! Ağlınıza araxis yağı çəkmək gəldi? Gedin, bu barədə araxisin özü ilə razılaşın. Deponianın fantasmoqorik dünyasına ilk dəfə qərq olan insan belə şeylərlə rastlaşanda olduqca təəccüblənəcək. Oyunun fanatları isə çox məmnun qalacaqlar. Üstəlik, oyunda hər məqam üçün bol-bol gizli yönləndirmələrin olması da sevindirəcək.

4

Qıvrılaraq güləcəksiniz

Deponia Doomsday zarafatları ən yüksək səviyyədə qalmaqdadır, amma bunların bir çoxu əvvəlki hissələrdə artıq səsləndirilmişdi. Köhnə zarafatı təzə şey kimi qələmə verilir. Odur ki, əvvəlki hissələrdə cərəyan edən hadisələri hafizənizdə tutun, amma Doomsday oyununa başlayan kimi köhnə zarafatları unutmağa çalışın. Hafizəniz “zəif” olsa, bütün “təzə” zarafatlar o qədər orjinal səslənəcək, sanki onları ilk dəfə eşidirsiniz! Nə isə, zarafatların təkrarlanması onların çoxluğundan irəli gəlir. Rufus uğursuz hərəkətlərin böyük siyahısını böyük zarafatçıl məharətlə təsvir edir, hər şeyə ayrıca şərh verir. İfadə və cümlələrin bu qədər incəliklə hazırlanması rəvayətə fövqəladə canlılıq verir. Digər tərəfdən, oyunçular bu seriyada ilk dəfədir ki, sayğaclarla — geriyə sayma taymeri və klik indikatoru ilə üzləşəcəklər. Bu sayğacların biri müəyyən hərəkətə ayrılmış vaxtı sayır, digəri isə özü özlüyündə kiçik bir oyundur.

Deponia Doomsday

Xülasə

Deponia Doomsday müasir kvestlər arasında ən yaxşı seriyanın layiqli davamıdır. Oyunun məntiqi bəzən irrasional, karikatur, ya da cizgi filmi xarakterli olsa da, mövcud olmağa tam haqqı var. Qarşınıza çıxan bol-bol zarafatlar sağlam yumor hissinə malik geniş üfüqlü insanların xoşuna gələcək. Amma Deponia ilə məhz bu hissədən başlayaraq tanış olmaq istəyənlər oyunun məntiqini elə də asanlıqla başa düşə bilməyəcəklər. Odur ki, yalnız Deponia Doomsday seriyasının fanatları oyundan tam həzz ala biləcəklər.

Deponia Doomsday

  • Platformalar: PC, Mac, PS4, Xbox One
  • Buraxılış: 1 mart 2016
  • Janr: Kvest
  • Yaradıcı heyət: Daedalic Entertainment
  • Nəşriyyatçı: Daedalic Entertainment
  • Rəsmi sayt: www.doomsday-game.com
  • Yaş həddi: 12+
  • Əməliyyat sistemi: Windows 7 / 8 / 10;
  • Prosessor: Dual Core 2,6 GHz;
  • Əməliyyat yaddaşı: 3 Gb;
  • Videokart: ATI Radeon HD 4500 Series / Geforce 9400 GT;
  • Sərt diskdə boş yer: 3,2 Gb;
  • DirectX 9.0c.
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -