spot_img
28 марта, 2024
ДомойТехнологииГаджетыVolvo avtomobilləri açarsız və pultsuz olacaq

Volvo avtomobilləri açarsız və pultsuz olacaq

Volvo avtomobil açarının və uzaqdan idarəetmə pultunun əvəzinə xüsusi mobil tətbiqli smartfonun istifadə olunmasını nəzərdə tutan innovativ sistemin təqdimatını keçirdi. Təklif olunan texnologiya avtomobilin bir neçə nəfər tərəfindən istifadə olunması üçün tamamilə yeni imkanlar açır.

Volvo

Nəqliyyat vasitəsi ilə məlumat mübadiləsi Bluetooth kanalı ilə həyata keçiriləcək. Volvo tətbiqi rəqəmsal açara ənənəvi açarın bütün funksiyalarını, o cümlədən, qapıların kilidlənib-açılması, baqaj kapotunun açılması, habelə motorun işə salınması funksiyalarını yükləyəcək. Yeni texnologiya eyni smartfona bir neçə Volvo rəqəmsal açarını yükləmək imkanını da təmin edir. Bununla da bir istifadəçi bir neçə avtomobilə daxil olmaq imkanına sahib olacaq. İstifadəçi rəqəmsal açarı başqalarına, o cümlədən, ailə üzvlərinə, dostlara, həmkarlara verə biləcək.

Yeni texnologiyanın sınaqlarını Volvo bu ilin bahar mövsümündə həyata keçirməyə başlayacaq. Rəqəmsal açar ilk dəfə sınaq rejimində Göteborq hava limanında fəaliyyət göstərən Sunfleet maşın icarə firmasında istifadə olunacaq. 2017-ci ildən etibarən Volvo dünya avtomobil istehsalçıları arasında ilk dəfə olaraq adi alıcılara fiziki açarsız avtomobil təqdim etməyə başlayacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -