spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияNASA insanları sivilizasiyalardan təcrid edərək Mars missiyası simulyatorunu yaradıb

NASA insanları sivilizasiyalardan təcrid edərək Mars missiyası simulyatorunu yaradıb

6 nəfərdən ibarət qrup dünyadan bir illik müddətə təcrid olaraq Havayi adalarındakı Mauna-Loa vulkanında yerləşən günbəzvari evə köçdü.

NASA

Fransalı astrobioloq, alman fizik, habelə asmerikalı pilot, memar, həkim-jurnalist və torpaqşünas 1 ildən 3 ilədək davam edə biləcək Marsa insan missiyası simyulatorunda iştirak etmək üçün dünyadan təcrid olmağa razılıq verdilər. Müvəqqəti sığınacağın adı «HI-SEAS»dır (Hawaii Space Exploration Analog and Simulation). Könüllülərin hər birinin içində yataq və masa yerləşdirilmiş ayrıca otağı var. Lakin otaqdan yalnız kosmik skafandr geyib çıxmaq mümkündür. Altı könüllü bu müddət ərzində ev yeməyinin nə olduğunu unutmalı olacaqülar. Yedikləri isə yalnız tuna balığı konservindən və pendir tozu olacaq. HI-SEAS indiyədək aparılan ən uzunmüddətli eksperiment olacaq. Bu eksperimenti həyata keçirərək NASA şəxsi həyatları olmayan, darısqallıq məkanda yaşayan insanlar arasında nə kimi münaqişə və ziddiyətlərin meydana gələ biləcəyini başa düşməyə çalışacaq. Müqayisə üçün deyək ki, NASA astronavtları beynəlxalq kosmik stansiyasında altı aydan çox qalmırlar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -