spot_img
18 апреля, 2024

3D-printerlərinin bazarı 52% artıb

Canalys analitiklərinin araşdırmaları göstərir ki, 3D-çap bazarı yüksək inkişaf templərini qorumaqda davam edir. Şirkətin hesablamalarına görə, 2015-ci ilin ilk yarısında 3D-printerlərin və üçölçülü çap materialların satışları 1,8 milyard dollar təşkil edərək ötən ilin eyni dövrünə görə 21% artıb.

3D-printer

Qurğuların təchizat həcmi 52% artaraq 88000 ədəd təşkil edib. Yarımillik statistikaya görə 3D-printer satışlarında birinci yeri Tayvanın XYZprinting şirkəti tutub. Bu şirkətin bazar payı 22% təşkil edib. Bu liderliyin səbəbini ekspertlər XYZprinting şirkətinin ucuz qurğuların istehsalına üstünlük verməsində görür. Canalys analitiki Co Kemptonun (Joe Kempton) rəyincə, hazırda 3D-çap bazarında kiçik və orta ölçülü şirkətlərin məşhur brendlərin məhsullarından imtina edib daha kefyittətsiz olsa da, daha ucuz avadanlıq istehsalçılsarının məhsullarına üstünlük verməsi müşahidə olunur. Kempton onu da qeyd edib ki, digər tərəfdən çox məşhur olmayan istehsalçıların məhsulları istehlakçı və təhsil seqmentlərində də daha çox rəğbət görməyə başlayıb. Canalys şirkətinin proqnozuna görə, üçölçülü çap bazarının yüksək inkişaf dinamikası davam edəcək və 2019-cu ildə bu bazarın həcmi 20,2 milyard dollar səviyyəsinə çatacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -