spot_img
27 апреля, 2024
ДомойТелекомСобытияTim Kukun qorunması Apple şirkətinə ildə 700 000 ABŞ dollarına başa gəlir

Tim Kukun qorunması Apple şirkətinə ildə 700 000 ABŞ dollarına başa gəlir

İri şirkətlərin yüksək rütbəlilərinin qorunmasına ehtiyac var və bu ehtiyacı adətən şirkət sahibi öz üzərinə götürür. Ən azından, bunu Apple, Amazon və Oracle haqqında demək olar. Patently Apple icmalçıları Apple şirkətinin ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyasına (U.S. Securities and Exchange Commission, SEC) göndərdiyi Schedule 14A adlı hesabatla tanış olub müəyyən ediblər ki, şirkətin Baş direktoru Tim Kukun mühafizəsinə xərclənən vəsaitlərin həcmi ildə təxminən 700 000 dollar təşkil edirmiş.

Tim_Cook

Apple şirkətinin başçısı ictimaiyyətin qarşısına mühafizəçilərin müşaiyətində nadir hallarda çıxsa da, sözsüz ki, onlar top-menecerin olduğu yerdə bir qədər kənardan vəziyyətə nəzarət edirlər. Yüksək rütbəli menecerlərin təzminat paketlərinin təhlili ilə məşğul olan Equilar firmasının verdiyi məlumatlara görə, ABŞ üzrə 2013-cü ildə top-menecerin mühafizə olunmasına xərclənən vəsaitlərə görə ilk yerdə Amazon qərarlaşıb: Ceff Bezosun mühafizə olunması üçün şirkət tam 1,6 milyon dollar ödəyib. İlk üçlükdə həmçinin Oracle şirkətinin keçmiş rəhbəri Larri Ellison (1,53 milyon) və The Walt Disney prezidenti Robert Ayger (584 min) yer alır. Maraqlıdır ki, Tim Kuk həmin siyahıda yer almayıb. Apple şirkətinin Komissiyaya hesabatında həmçinin deyilir ki, şirkət hər il Tim Kukun sığortalanmasına 2520 dollar, habelə ona illik məzuniyyət müavinəti kimi 56 923 dollar ödəyir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -