spot_img
29 марта, 2024
ДомойТелекомСобытияAzərbaycan Dillər Universiteti təhsil prosesini avtomatlaşdırır

Azərbaycan Dillər Universiteti təhsil prosesini avtomatlaşdırır

Azərbaycan Dillər Universiteti təhsilin keyfiyyətini artırmaq məqsədilə “EduMan Platforması” əsasında Təhsil İdarəetmə sistemini tətbiq etmək niyyətindədir. Artıq universitet ULTRA şirkəti ilə bu işlərin görülməsi üçün müqavilə imzalayıb.

Qeyd edilmiş təhsil müəssisəsində ilkin olaraq əsas məqsəd hazır “EduMan – Mərkəzləşdirilmiş Tədris İdarəetmə” Platformasının bir neçə modullarının qurulması, tətbiqi və təlimidir. Bura universitet üzrə təşkilati struktur, tələbə və müəllimlərin şəxsi işlərini əhatə edəcək Vahid Baza Platformasının yaradılması, tədris prosesini özündə əks etdirən tədris planı, tədris qrafiki, həm müəllimlər, həm tələbələr üçün nəzərdə tutulan dərs cədvəli və mövzu-tematik planını əhatə edəcək Tədris prosesinin planlaşdırılması və Tələbələrin Şəxsi Kabineti yaradılması kimi modulların pilot olaraq bir dekanatlıqdan başlayaraq tətbiq edilməsi daxildir.

Eduman

Nəticədə universitet ilkin olaraq aşağıdaki üstünlükləri əldə edəcək:

  • Tələbələr, işçi heyəti və müəllimlər üzrə Mərkəzləşdirilmiş bazasının formalaşdırılması və bu məlumatların rahatlıqla axtarıb tapmaqla təhlil etmə üstünlüyü;
  • Tələbələrin operativ və rahat qeydiyyatını həyata keçirmək imkanı;
  • Tədris işinin əsasən də dərs cədvəllərinin, tədris qrafikinin və s. rahat planlaşdırması imkanı;
  • Tələbələrin mütəmadi olaraq xəbərlər, bildiriş, yeniliklər və dərs cədvəllərinə baxmaq üçün xüsusi şəxsi kabinetlərdən yararlanması imkanı

Gələcəkdə Azərbaycan Dövlət Dillər Universiteti “EduMan Platformasının” digər modullarını — elektron Jurnal, elektron sənəd dövriyyəsi, əlavə təhsil və əcnəbi tələbələrin onlayn sənəd qəbulunun İdarəedilməsi, elektron İmtahan idarəetmə və digər sistemləri növbəti mərhələdə mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.

Qeyd edək ki, “EduMan” sistemi “Ultra” şirkəti tərəfindən hazırlanmış və Azərbaycan Dövlət Dillər Universitetindən əlavə olaraq, uğurla Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), “Baku Oxford School”da (BOS), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan 5 kolleclərində tətbiq edilmişdir.

mərkəzləşdirilmiş formada tətbiqini planlaşdırılır.
Qeyd edək ki, “EduMan” sistemi “Ultra” şirkəti tərəfindən hazırlanmış və Azərbaycan Dövlət Dillər Universitetindən əlavə olaraq, uğurla Azərbaycan Dövlət iqtisad Universiteti (UNEC), “Baku Oxford School”da (BOS), Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan 5 kolleclərində tətbiq edilmişdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -