spot_img
29 марта, 2024
ДомойБлогиАзербайджанские БлогиVaxtınıza qənaət edəcək 5 mobil tətbiq

Vaxtınıza qənaət edəcək 5 mobil tətbiq

Müasir dünyada insanlar çoxlu problemlər ilə üzləşirlər. Lakin, mən indi cəmi iki vacib problem barədə danışmaq istəyirəm:

  • Məlumatın çoxluğu
  • Vaxtın qıtlığı

Sutkada cəmi 24 saat var. Bu vaxt ərzində biz minlərlə məlumatlar ilə üzləşirik: televizor, radio, reklam lövhələri, internet, sosial şəbəkələr və s. Lakin, biz hələ yatmağa, işləməyə, yaxınlarımız ilə birgə vaxt keçirməyə, dincəlməliyə və digər vacib işlərə vaxt ayırmalıyıq.

Vaxt_app_1

Hər şeyi nəcə çatdırmaq olar?

Biz təəsüf ki, Supermen deyilik və vaxtı geriyə çəkə bilmərik. Amma bəzi məqamlarda müxtəlif vasitələr ilə vaxta qənaət edə bilərik. Mən bu işdə bizə kömək edən 5 faydalı və əsasən də YERLİ mobil tətbiqi tövsiyyə etmək istəyirəm. Hamısından özüm istifadə etdiyimdən, bu mövzuda ətraflı danışa bilərəm.

Mobchannel

Vaxt_app_2
Mobchannel – fərdi məlumatı əldə edin
Həyatdan və dünyadan geri qalmamaq üçün biz hər gün müxtəlif xəbərləri oxuyuruq. Lakin, təkcə Azərbaycanda 100-dən çox media və xəbər portalları var. Üstəlik xarici sayt, qazetlər və jurnallar. Bu təqdirdə bizə faydalı və maraqlı məlumatı almaq üçün biz çox vaxt sərf etmiş oluruq. Mobchannel mobil tətbiqi bütün bu məlumatları filtrasiya edərək bizə rahat platformada təqdim edir. Bu proqramın xarici analoqları mövcud olsa da (Flipboard, Surfingbird) Mobchannel-ən üstünlüyü ilk növbədə bizim bazarımız üçün olmasıdır. Mobchannel-in vasitəsi ilə Siz istədiyiniz yerli və ya xarici informasiya saytını seçərək, sırf seçdiyiniz saytlar üzrə şəxsi panelinizdə məlumatları ala bilərsiniz. Həmçinin bu tətbiq ilə Siz mənim bloqumu daimi izləyə bilərsiniz 🙂

Vaxt_app_3

samir karimov bloqMobchannel haqqında daha ətraflı məlumatı və istifadə qaydalarını Orxan Rzayevin bloqunda oxuya bilərsiniz.

Yükəmək: https://play.google.com/store/apps/details?id=com.verrasoft.mobilechannel&hl=ru

CİB

Vaxt_app_4
CIB – bütün kartlarınızı bir cibdən idarə edin
Plastik kartlardan edilən ödənişlərimizin sayı gündən günə artır. Bu təqdirdə də portmonemizdə müxtəlif plastik kartlarının (kredit, debet, taksit) sayı da çoxalır. Hətta kartların sayı o qədər olur ki, daha böyük portmone olmuş oluruq. Lakin, bütün bu kartları idarə etmək də lazımdır! Banklarımızda hələ də normal mobil bankinq sistemləri olmadığından kartlarımızda ola pul dövriyyəsini nəzarət etməsi problemə çevrilir. Bu işdə bizə CİB kömək edəcək. Bu tətbiq vasitəsi ilə Siz:

  • Bütün kartları bir yerdən idarə və nəzarəti
  • Kartdan karta pul köçürmələrini
  • Mobil, kommunal, internet və digər ödənişləri
  • Kart ilə vəsaitlərini dövriyyəsini yoxlamağını həyata keçirə bilərsiniz

Üstəlik Sizə artıq kartları bir-bir bankomata salıb balansınızı yoxlamağa ehtiyac qalmayacaq. Və ya bankomata salanda “niyə 100 manatın əvəzinə 5 manat qaldı” təəcüblənməyəcəksiniz. 🙂

Vaxt_app_5

Qeyd: hər yeni kart üçün aylıq abunə haqqı 0,2 AZN

Yükləmək:

Google Play: https://play.google.com/store/apps/details?id=az.cib&hl=ru

AppStore: https://itunes.apple.com/us/app/cib/id952276699?mt=8

Hesab.az

Vaxt_app_6
Hesab.az – Online ödəniş sistemi
Hesab.az Azərbaycanda ən populyar onlayn ödəmə portalıdır. Desktop versiyası bir neçə il mövcud olsa da, mobil tətbiq yalnız bu ilin yanvarında təqdim edilmişdir. Sözün açığı tətbiq desktop kimi uğurlu alınmayıb. Sanki, saytın mobil versiyası açılır. Amma hər halda kompyuter və ya noutbuk yanınızda olmadığı zaman bütün ödənişlərinizi bu mobil tətbiq vasitəsi ilə də ödəyə bilərsiniz.

Vaxt_app_7

Onlayn ödəmələrdə E-Pul mobil tətbiqi də qeyd etmək lazımdır. Lakin, mən ondan az istifadə etdiyimdən onu siyahıya salmamışam. Yeri gəlmişkən, növbəti Battle Hesab.az və E-Pul.az arasında olacaq. Orada isə ətraflı hansı tətbiq daha güclü olduğunu görə bilərik

Yükləmək:

https://play.google.com/store/apps/details?id=hesab.az&hl=ru

https://itunes.apple.com/us/app/hesab.az/id977080340?mt=8

Valyuta Hesabla

Vaxt_app_8
Valyuta hesabla – Azərbaycan Mərkəzi Bankının məzənnələrinə görə valyuta hesablayın
Valyuta Hesabla mobil tətbiqin digər konvertorlara nisbətən üstünlüyü onun 4 Mərkəzi Bankın (Azərbaycan, Rusiya, Qazaxıstan və Ukrayna) rəsmi məzənnələrinə əsasən valyutaların hesablanması və bir ekranda istədiyiniz bir neçə valyutaların müqayisəsinin aparılmasıdır. Valyutalar hər gün yenilənən Mərkəzi Bankın məzənnəsinə əsasən göstərilir.

Çox faydalı bir tətbiqdir. Məsələn, mənim qiymət araşdırmalarımda bu tətbiq vaxta qənaət baxımından çox kömək etmişdir.

https://play.google.com/store/apps/details?id=abshahin.soft.valyuta

Notify

Vaxt_app_9
Notify – Bütün brendlərin yenilikləri bir proqram daxilində birləşdi
Sektordan asılı olmayaraq biz hamımız hansısa brendləri daimi izləyirik. Kimsə geyim dükanlarında endirimləri, kimsə avtomobil markasının yeni modelini gözləyir, kimsə isə sadəcə öz sevimli brendlərinin xəbərlərini oxuyur. Lakin, brendlər çoxdur və hamısının veb-saytlarına və ya sosial şəbəkələrindəki səhifələrə girməyə çox vaxt aparır. Brendləri izləməkdə bizim vaxtımıza qənaət etməyə kömək edən Notify mobili tətbiqini tövsiyyə edirəm. Tətbiqin adından göründüyü kimi, seçdiyiniz brendlərinin yeni xəbəri çıxan kimi, Sizin smarfonunuza notifications (bildirişlər) gəlir.

Vaxt_app_10

Həmçinin, tətbiqə özünüz tətbiqə daxil olaraq bir-bir istədiyiniz xəbərləri oxuya bilərsiniz.

Yükləmək:

https://play.google.com/store/apps/details?id=com.azerbaijan.notify&hl=ru

AppStore: https://itunes.apple.com/ph/app/notify-baku/id988715030?mt=8

Vaxtınıza qənaət etmək üçün sadaladığım mobil tətbiqlər barədə daha ətraflı yazmadım. Əgər şərhlərdə çoxlu müraciətlər olsa mən ayrılıqda hər bir mobil tətbiq barədə daha ətraflı yaza bilərəm. Həmçinin, Siz də şərhlərdə vaxtınıza qənaət edən mobil tətbiqləri qeyd edin.

İşlərinizdə uğurlar!

Mənbə: samirkerimov.com

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -