spot_img
29 марта, 2024
ДомойТелекомСобытияSundar Piçai Google şirkətində CEO vəzifəsinə gətirildi

Sundar Piçai Google şirkətində CEO vəzifəsinə gətirildi

Google şirkətinin təsisçiləri Sergey Brin və Larri Peyc indiyədək şirkətin bütün həlledici bölmələrinə faktiki olaraq rəhbərlik edən Sundar Piçainin CEO vəzifəsinə təyin olunmasını elan etdilər. Təsisçilərin özlərinə gəlincə, onlar əvvəlcə şirkəti tərk edib dərhal sonra yeni yaradılmış Alphabet Inc. Holdinqin prezidenti və CEO-su kimi qayıtdılar.

Sundar_Pichai_Wide

Məlum olduğu kimi, bundan sonra Google, Laboratoriya X, Life Sciences, Calico və digər törəmə layihələr məhz Alphabet Inc. Holdinqin qanadı altında fəaliyyət göstərəcək. Atılan bu addımların məqsədinin müxtəlif layihədaxili və layihələrarası proseslərə nəzarətin daha şəffaf hala gətirilməsi olduğu vurğulanır. Alphabet Inc. Holdinqin formalaşması isə öz növbəsində keyfiyyətcə çoxsaylı layihə və startapların inkişafını nəzərdə tutan yeni idarəetmə sisteminin yaradılması və formalaşmasını təmin edəcək. Yaxın gələcəkdə Google istifadəçiləri bu dəyişikliklərin təsirini öz üzərində hiss etməyəcəklər. Dəyişikliklər sadəcə maliyyə sahəsində, məsələn, Google səhmlərinin Alphabet Inc. Holdinq səhmlərinə çevrilməsində, maliyyə hesabatlarında Goggle hesabatlarının ayrıca maddə kimi keçməsi və s. ilə özünü biruzə verəcək. Yeniliklərlə https://abc.xyz keçidindən Alphabet şirkətinin rəsmi saytına girib tanış olmaq olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -