ГлавнаяТелекомСтатьиWindows Update nədir və necə işləyir?

Windows Update nədir və necə işləyir?

Günümüzdə kompüter texnologiyaları çox sürətlə inkişaf edir. İnsanın mükəmməlliyə olan meylinə görə o, daima daha ağıllı, daha sürətli, daha stabil və təhlükəsiz avadanlıqlara, proqram təminatlarına ehtiyac hiss edir. Kompüterimizin daha üstün əmsal ilə işləməsini təmin etmək üçün biz onun müəyyən tərkib hissələrini, bu və ya digər proqram təminatlarını vaxtaşırı yeniləyirik. Bu məqaləmizdə sizə Microsoft şirkətinin Windows Əməliyyat Sistemlərinin yenilənməsi («update» edilməsi) haqqında bəhs edəcəyik.

Windows_Update_4

Update/yeniləmə nədir?

Yeniləmə istifadə edilməkdə olan cari əməliyyat sistemlərində və proqram təminatlarında aşkarlanmış müxtəlif problemləri aradan qaldıran proqram paketidir. Belə ki, əvvəllər qüsursuz hesab etdiyimiz əməliyyat sistemlərində və proqram təminatlarında bir müddət sonra müxtəlif problemlər ortaya çıxır. Bir neçə misal gətirək:

— əməliyyat sistemi, ya da proqramlardan hansısa, hər hansı səbəbdən düzgün işləməz, donar, öz-özünə bağlanar və s.

— əməliyyat sistemində, ya da proqram təminatında ciddi təhlükəsizlik boşluqları üzə çıxa bilər. Bu boşluqlar vaxtında aradan qaldırılmazsa, onlardan sui-istifadə edən bədniyyətli şəxslər istifadəçinin kompüterindəki məlumatları məhv edə və ya oğurlaya bilərlər. Bu boşluqlardan istifadə edib kompüterin əməliyyat sisteminə müxtəlif zərərverici proqramlar (viruslar) yoluxdurmaq, daha sonra da həmin kompüterdən başqalarına hücum edib onları da sıradan çıxartmaq, normal işləməsinə maneəçilik törətmək mümkündür.

Bu cür qüsurlar ortaya çıxanda istehsalçılar geçikmədən problemi aradan qaldıran update paketi hazırlayıb istifadəçilərə göndərirlər. Öz növbələrində istifadəçilər yeniləmə paketini kompüterə yükləyib mövcud problemlərin aradan qaldırılmasına nail olurlar.

Eniləmə əliyyatının ziyanı ola bilərmi?

Yeniləmə olduqca önəmli, vaxtaşırı yerinə yetirilməsi labüd olan əməliyyatdır. Bəzi insanlar yanlış məlumatlara qulaq verib bu əməliyyatın ziyan verə biləcəyini düşünürlər. Halbuki, yeniləmə əməliyyatı yalnız iki halda ziyan verə bilər. Həmin hallara nəzər salaq:

1. İstifadə etdiyiniz proqram təminatı və ya əməliyyat sistemi lisenziyasızdırsa, onu yenilədiyinizdə əlbəttə ki, məhsulun qeyri-qanuni yoldan əldə edildiyi ortaya çıxacaq. Belə halda istehsalçı istifadəçiyə xəbərdarlıq edib proqramın istifadəsinə haqlı olaraq əngəl yaradır. Azərbaycan Respublikasının Müəlliflik Hüququ və Əlaqəli Hüquqlar haqqında qanununa əsasən, lisenziyasız proqram təminatının satışı həmin proqram təminatı istehsalçılarının müəlliflik hüququnu pozur və belə qanun pozuntusuna yol verən şəxslər potensial olaraq cinayət, inzibati və ya mülki məsuliyyətə cəlb oluna bilərlər.

2. Nadir hallarda yeniləmə paketlərinin elə özündə qüsur olur. Belə halda quraşdırmadan sonra əməliyyat sisteminin və proqram təminatının işləməsində problemlər yaranır. Dediyimiz kimi, çox nadir hallarda baş verən bu problemin çarəsi yeniləmə paketini dərhal silməkdir.

Microsoft Windows Update yeniləmə paketlərinin 3 növü var.

1. «Important» (Vacib olan): quraşdırılması mütləq vacib olan paketlərdir. Təhlükəsizlik və sistemin işləməsi ilə bağlı olan problemləri aradan qaldırmaq üçün hazırlanır.

2. «Recommended» (Tövsiyyə olunan): quraşdırılması tövsiyyə olunan paketlərdir.

3. «Optional» (Seçmə): quraşdırılması böyük əhəmiyyət kəsb etməyən paketlərdir. Belə paketlər istifadəçinin məqsədlərinə uyğun olduqda onun istəyinə görə quraşdırıla bilər.

Microsoft əliyyat sisteminin yenilənməsi necə yata keçirilməlidir?

Adi şərtlərdə əməliyyat sisteminin yenilənməsi avtomatik rejimdə baş verir. Yeniləmə paketləri çıxdıqca yüklənib quraşdırılır. Bu prosesi addım-addım təsvir edək.

Əvvəlcə Windows Update proqramını işə salaq. Bunun üçün aşağıdakıları yerinə yetiririk:

1. Start menyusundan Control Panel-ə daxil olub Windows Update ikonunu klikləyirik və ya Start menyusunda açılan axtarış pəncərəsində «Windows Update» yazırıq. Sonra qarşımıza çıxan Windows Update proqramını açırıq.

Şəkil 1. Windows Update proqramı belə açılır.

Windows_Update_2

1. Sol tərəfdəki menyuda Check for Updates üzərinə kliklədikdə sistem Microsofta sorğu göndərib yeniləmə paketinin olub-olmadığını yoxlayır. Check for Update təlimatını verib bir neçə saniyə gözləyirik və yeni update paketlərinin serverdə olub-olmadığını görürük. Yuxarıdakı şəkildə cəmi 3 seçmə (optional) yeniləmə gördük. Başqa bir örnəyə diqqət yetirsək burada artıq 20 vacib (important) və 4 seçmə (optional) yeniləmə görəcəyik. Bunların nədən ibarət olduğuna baxaq.

Windows_Update_8

— Səhifəni açıb yeniləmələrin siyahısını görürük. Hər hansı yeniləmə paketini seçdikdə sağ tərəfdə paketlə bağlı məlumatları görürük. Bizə lazım olan yeniləmələri seçib Ok düyməsinə basırıq. Yeniləmələr kompüterə endirilib quraşdırılır. Quraşdırmanın tamamı və ya müəyyən bir mərhələsi başa çatdıqda sistemin restart edilməsi tələb oluna bilər. (Bəzən müəyyən dəyişikliklər məhz restart zamanı baş verməyə başlayır. Restart baş verərkən kompüteri cərəyandan ayırmaq və ya söndürmək qətiyyən olmaz, əks halda sistem zərər çəkə bilər.)

2. Yeniləmələrə aid tənzimləmələrə nəzər salmaq, ya da onları dəyişmək üçün Change Settings-i klikləyirik.

— Burada Install updates automatically (recommended) variantını seçməyiniz məsləhətdir. Bu halda sistem mövcud yeniləmələri avtomatik rejimdə İnternetdən endirib əməliyyat sisteminə quraşdıracaq.

— Download updates but let me choose whether to install them (Yeniləmələri endir, lakin onların quraşdırılmasına mən qərar verəcəyəm): bu variantı seçdikdə kompüteriniz növbəti yeniləmə proqramlarını endirib onların quraşdırılmasına sizdən icazə istəyəcək. Qərarı isə siz verəcəksiniz.

— Check for updates but let me choose when to download and install them (Yeniləmələri yoxla, lakin onların nə vaxt endirilib quraşdırılmasına mən qərar verəcəyəm): bu halda kompüteriniz İnternetdə çıxan növbəti yeniləmə proqramlarını qeydə alır, lakin onların endirilib quraşdırılmasına siz qərar verirsiniz.

— Never check for updates (not recommended) — yeniləmələri izləmə (tövsiyyə olunmayan variantdır): bu variantı seçən istifadəçilərin kompüterləri yeniləmələrdən məhrum olur, bu səbəbdən də qətiyyən tövsiyyə olunmur.

— Recommended updates qarşısında işarə varsa, istifadəçiyə vacib (Important) yeniləmələrlə yanaşı tövsiyyə olunanlar haqqında da məlumat verilir.

— Who can install updates (yeniləmələri qurmaq səlahiyyəti): Buradan yeniləmələri quraşdırmaq səlahiyyəti olan istifadəçilər müəyyən olunur. Əgər bu variant sadəcə işarələnibsə kompüterdə hesabı olan istənilən istifadəçi yeniləmə əmrini verə bilər.

— Microsoft update sadəcə Microsoft məhsulları üçün yeniləmələri (məs: Microsoft Office) izləyib qeydə almaq üçün nəzərdə tutulan bölmədir.

— İmportant updates: bu bölmədə vacib (important) yeniləmələrin quraşdırılma tənzimləmələrini seçmək mümkündür. Tarix tənzimləməsindən istifadə edərək yeniləmələri hansı tarixlərdə, hansı saatda yüklənməsini təyin etmək olar.

— Software notification: bu bölməni seçməklə yeni proqram məhsullarının çıxması barədə ətraflı məlumatların alınmasını təmin etmək olar.

3. Update History: burada isə kompüterinizin əməliyyat sisteminə nə vaxt və hansı yenilmələrin quraşdırıldığını görmək olar.

Windows_Update_9

— Installed Updates linkinə keçid aldıqda əməliyyat sisteminə artıq quraşdırılmış yeniləmələri görə bilərik. Silmək istədiyimiz yeniləmələrin üzərində sağ düyməni basırıq. Qarşımıza çıxan Uninstall düyməsini seçməklə yeniləmə silinir.

Qeyd: Yuxarıda qeyd etdiyimiz kimi, xüsusi hallarda yeniləməni silmək ehtiyacı yaranır. Yeniləməni silmək istədiyinizdən tam əmin olduqdan sonra silin.

— View Details: yeniləmə haqqında daha ətraflı məlumat əldə etmək istədikdə həmin paket üzərindən sağ düymə ilə hərəkət edib View Details seçirik və beləliklə lazım olan bütün məlumatları əldə edirik.

Məqaləmizi Microsoftun çox mühüm tövsiyyəsi ilə yekunlaşdırmaq istəyirik:

İş mühitində, işləməkdə olan serverlərdə və digər kritik yerlərdə yeniləmə proqramını əvvəlcə ayrı kompüterdə quraşdırıb sınaqdan keçirin, yalnız bundan sonra bütün şəbəkəyə tətbiq edin.

Müəllif: Araz Ayyubov, TechNet.Az redaktoru

http://www.technet.az/2015/04/06/update-n%C9%99dir-windows-update-nec%C9%99-isl%C9%99yir/

Мобильный интернет со скидкой для абонентов Azercell в роуминге
Cisco упростила операторам связи управление сетевыми сервисами
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!