ГлавнаяSoftwareИгрыOyun icmalı: Cities: Skylines

Oyun icmalı: Cities: Skylines

Cities: Skylines adlı oyun Cities in Motion seriyasının yaradıcıları tərəfindən hazırlanmış yeni şəhərsalma simulyatorudur. Bu oyun sizə xəyal etdiyiniz şəhər yaratmağa imkan açır. Siz müxtəlif binaları və ağlınıza gələ biləcək hər cür memarlıq möcüzələrini olduqca böyük xəritə üzərində qurub şəhərinizi demək olar ki, istədiyiniz qədər genişləndirə bilərsiniz. İnkişafın yolu isə hər rayonu ayrı-ayrılıqda, müstəqil şəkildə idarə etmək imkanından keçir. Başqa sözlə, hər rayon üçün özünəməxsus inkişaf yolu seçmək olar. Digər mühüm faktor müxtəlif yaşayış və sənaye bölgələrinin çevik vergiləndirmə sistemidir. Oyun Cities in Motion ictimai nəqliyyat simulyatorundan sonra məçhurlaşan Colossal Order studiyası tərəfindən yaradılıb. Artıq yaradıcı heyət SimCity seriyası qədər uğur qazanmağı hədəfləyirlər. Gəlin baxaq, bu hədəfə onlar nə dərəcədə yaxınlaşa biliblər.

Cities_Skyline_3Axırıncı SimCity-də olduğu kimi, bu oyun da 2 x 2 kilometrlik bir kvadratdan başlayır. Bundan sonra isə torpaq sahələri alacaqsınız və ümumi sahəni 6 x 6 km-ə çatdıracaqsınız. İlkin alət dəsti oxşar oyunlardakı dəstlərdən demək olar ki, fərqlənmir. Siz gələcək yol hərəkatı problemlərini nəzərə alaraq yollar salacaq, şəhərin mövcud və yeni sakinlərini kommunal xidmətlərilə, o cümlədən, elektrik enerjisi, su və digər xidmətlərlə təmin etməli olacaqsınız. Bələdiyyə başçısı isə yaşayış, ticarət və sənaye bölgələrinin arasında sərhədləri müəyyənləşdirməlidir. Amma bütün bu oxşarlıqlara baxmayaraq siz elə ilk dəqiqələrdən bəzi dəyişiklikləri hiss edəcəksiniz. Misal üçün, inşaat sahələri bu dəfə mütləq dördbucaq perimetrlərdən ibarət olmayacaq. Əvəzində sərəncamınıza xırda xanalı sxem verilir. Odur ki, inşaat sahəsini istədiyiniz formada, hətta üçbucaq şəklində müəyyən etmək olar. Əgər xanalar münasib şəkildə beşə-beş düzülübsə, inşaatçılar burada avtodayanacaqlı ticarət mərkəzi tikəcəklər. Yox, əgər sahə daha kiçik alınsa, onda o, kiçik market üçün uyğun ola bilər. Nəhayət, tək xanalıq yerdə rahat bir yanacaq doldurma stansiyası tikmək olar.

Cities_Skyline_4

Cities: Skylines oyununda şəhər heç də dəyişməz deyil. Onun tərkib hissələri tez-tez dəyişir. Bu dəyişikliklərə nəzarət etmək rayonların manual idarəetməsi ilə mümkün olur. Sənaye rayonlarının hərəsi ağac tədarükü, filiz-mədən, kənd təsərrüfatı və bunun kimi ixtisaslardan birini qəbul edir. Təəssüf ki, eyni qaydada ticarət rayonlarında da ixtisaslaşma mümkün olmur. Buna görə nəticədə sizin şəhəriniz neon işıqlı kazino mərkəzi və ya biznes paytaxtı deyil, adi bir şəhər olacaq. Amma digər tərəfdən sizin şəhəriniz həmişə hərəkətli olduğundan onu idarə etmək şübhəsiz ki, çox maraqlı olacaq. İçində park və ali təhsil ocağı olan sanballı bir rayon elit məkana çevriləcək, tikililərdə sıxlıq olduqda isə çoxmərtəbəli binalar ucaldılacaq. Ticarət imperiyaları yetərli sayda müştəri təmin edə bilməsə, məhv olacaq və yerində, müştəri bazası genişlənmədikçə, heç bir şey olmayacaq. Uzun müddətli kadr çatışmazlığı fabrika və zavodların iflas etməsilə nəticələnəcək. Bütün bunlar sizin yol verdiyiniz səhvlərin nəticəsidir. Fərz edək ki, siz daha çox təhsilə önəm verərək orta və ali məktəblərin tikintisini üstün görürsünüz. İndilik bu fikir yaxşı görünə bilər, amfi qalmayıb və istehsal sexlərində işləməyə adam tapılmır. Əlbəttə, dəzgah arxasına nüfuzlu universitetlərin məzunları da keçə bilərlər, amma bu yalnız başqa vakansiyaların qalmadığı təqdirdə baş verə bilər. Deməli, belə bir qərarın nəticəsi itirilmiş vaxtdır. Amma buna baxmayaraq Cities: Skylines ekosistemi pozulmur. Bir çox faktorların sayəsində tikdiyiniz şəhər yaşamağa və inkişaf etməyə davam edir.

Cities_Skyline_5

Cities: Skylines simulyasiyası şəhəri anlaşılan və məntiqli qaydalara görə işləməyə məcbur edərək əsas hədəfə doğru irəliləməyə imkan verir. İlk növbədə bu yol nəqliyyatında öz əksini tapır. Misal üçün, əgər sizin sənaye rayonunuzu yaşayış bölgəsilə yeganə ikizolaqlı yol birləşdirirsə, onda əmin olun ki, çoxsaylı yük avtomobilləri və fəhlələr burada nəhəng tıxac yaratmaq üçün əllərindən gələni edəcəklər. Üstəlik, şəhərdən çıxış nöqtəsindəki yol ayrıcında ilişib qalacaqlar. Lakin elə ki siz əlavə yol, keçidlər çəkdiniz və ağır nəqliyyat vasitələrinə yaşayış rayonlarına giriş qadağası qoydunuz, vəziyyət bir-iki günə düzələcək.

Cities_Skyline_6

Şəhərsalma simulyatorlarında elektrik enerjisi adətən iki növə ayrılır: «təmiz» və «çirkli», yəni bərpaolunan və olunmayan mənbələrdən əldə edilən enerji. Bu məqam da öz növbəsində Cities: Skylines oyununda bütün incəliklərinə qədər düşünülüb. Külək generatorları yaşayış rayonuna yaxın qurulduqda yaratdığı səs-küy ilə sakinlərə mane olacaq, nüvə elektrik stansiyası isə şəhərin büdcəsini tamamilə bitirər. Buna görə də ən yaxşı çıxış yolu su turbinlərinin quraşdırılmasıdır. Cities: Skylines-dan öncə yaradıcı heyətlər su elektrik stansiyalarını «istismara vermək»dən çəkinirdilər. Odur ki, əgər elektrik enerji problemini su elektrik stansiyası quraraq həll etmək niyyətindəsinizsə, çox diqqətli olmalısınız ki, səddin zədə alması təqdirdə ətraf məntəqələr subasmaya məruz qalmasın. Nə var ki, oyun sürprizlərlə doludur. Məsələn, məntəqənin dəniz səviyyəsindən yüksəkliyi o qədər az olacaq ki, səddin ayağında dənizin dibi görünəcək. Ya da ki, gözlənilmədən məlum olacaq ki, qarşısına sədd qoyduğunuz çayın neft mədənlərinin yanından axıb keçən bir qolu varmış. Təəssüf etmək qalır ki, zərər çəkən rayonlar oyunda sadəcə yanıb-sönən subasma işarəsi ilə göstəriləcək, fəlakət kadrlarını isə bu oyunda bizə göstərməyəcəklər.

Cities_Skyline_2

Əlbəttə ki, Colossal Order studiyası şəhərsalma oyunları sahəsində elə ilk dəfədən ideal nəticə əldə edə bilməzdi. Bəzi daxili mexanizmləri bu oyunda görə bilmədiyimizdən biz ikinci dərəcəli göstəricilərə görə hərəkət etmək məcburiyyətində qalırıq. Həmçinin, müəssisələrin istehsal etdiyi məhsulları da görə bilmirik. Bu məhsullar hara göndərilir, hansı ticarət obyektlərin hansı rəflərinə yerləşdirilir? Əlbəttə, bütün işinizi-gücünüzü bir kənara qoyub müəssisənin qapısından çıxan yük maşınını izləmək də olar, amma hər avtomobilə bu qədər vaxt sərf edilər mi? Əlbəttə ki, bu kiçik qüsurlar üzərində iş aparılacaq, amma indidən demək olar ki, onlar belə oyundan alınan təəssüratı korlamır. Hər halda, Cities: Skylines həqiqi şəhəri canlandıran və bir çox faydalı funksiyası olan ağıllı və çevik simulyatordur. Darıxmayacaqsınız!

Cities_Skyline_1

  • Platformalar: PC, Mac
  • Tarix: 10 mart 2015
  • Janr: Şəhərsalma simulyatorları
  • Hazırlayan: Colossal Order
  • Yayımçı quruluş: Paradox Interactive
  • Sayt: www.paradoxplaza.com/cities-skylines

 

  • Minimal tələblər:
  • Əməliyyat sistemi: Microsoft Windows XP/Vista/7/8/8.1 (64-bit);
  • Prosessor: Intel Core 2 Duo 3,0 GHz / AMD Athlon 64 X2 6400+ 3,2 GHz;
  • Əməliyyat yaddaşı: 4 Gb;
  • Videokart: NVIDIA GeForce GTX 260 512 Mb / ATI Radeon HD 5670 512 Mb.
ТЕГИ:
Представлен Thunderbolt 3, совместимый с USB-C
Virtual köməkçilər
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!