ГлавнаяТелекомСтатьиEvinizdəki Wi-Fi zəifdirsə, nə etməli?

Evinizdəki Wi-Fi zəifdirsə, nə etməli?

Məlum olduğu kimi, Wi-Fi şəbəkələri bir-birinə təsir edir, bəzən isə onların arasında açıq ixtilaf da yarana bilir. Köhnə standartlar yalnız bir şəbəkəyə zərər vermir, qonşu qurğuların siqnalını da təxrib edir. Simsiz rabitənin adi bir hal olduğunu nəzərə alsaq deyə bilərik ki, bu məqalə hər kəs üçün maraqlı olacaq. Yəqin ki, buradan yalnız qonşuları olmayanları istisna edə bilərik.

Wi_Fi_6

Wi-Fi kanalların arasındakı ixtilaflar

Rabitə yaradan bütün ruterlər simsiz rabitə tezliklərinin müxtəlif diapazonlarında mövcud olan kanallardan biri üzərində işləyir. İnternet xidmətlərindən maneəsiz istifadəsini və mümkün əngəllərin aradan qaldırılmasını təmin edən başlıca şərtlərə əsasən qonşu qurğular eyni kanalda işləməməlidir. Müasir marşrutizatorlar ən stabil və ən az yüklənmiş olan Wi-Fi kanalını avtomatik müəyyən edir, amma buna baxmayaraq, belə bir özəlliyi olmayan qurğudan istifadə etdikdə də çevrədəki şəbəkələri təhlil etmək mümkündür. Bunun üçün Windows istifadəçiləri olduqca sadə, həm də pulsuz təqdim olunan WifiInfoView alətindən faydalana bilərlər. Bu alət qonşularınızın daha çox istifadə etdikləri kanalları müəyyən edir. Linux isdtifadəçilərinə gəlincə, onlar üçün də bənzər iş prinsipinə əsaslanan Wifi Radar xidməti hazırlanıb. Nəhayət, Mac OS X də öz növbəsində «simsiz şəbəkələrin diaqnostikası» bölməsində inteqrasiya edilmiş təhlil sisteminə malikdir.

Wi_Fi_5

Uyğun kanalı seçdikdən sonra onu ruterin web-interfeysində qeyd etmək tələb olunur. Kanala web-brauzer üzərindən girmək olar. Bunun üçün ünvan sətrində marşrutizatorun lokal IP-ünvanını qeyd etmək kifayətdir. IP-ünvanını tənzimləmələrin «susmaya görə IPv4 şlyuz» bəndində yer alan istifadə etdiyiniz simsiz qoşulma haqqında məlumatlardan öyrənmək olar. Bundan sonra «Wi-Fi Channel» bölməsində yeni Wi-Fi kanalı seçməlisiniz. Bu addım olduqca mühüm sayıla bilər, çünkü qonşular bir-birininin internet qoşulmalarına məhz eyni kanadanı istifadə etdikdə əngəl törədirlər.

Müxtəlif tezliklərdə işləyərkən rabitə standartlarının arasında yaranan ixtilaflar

802.11 b/g/n kommunikasiyası üzrə köhnə standartlar 2,4 GHz diapazonunda işləyir, halbuki o, Wi-Fi üçün heç də mükəmməl sayıla bilməz. 1-ci, 6-cı və 11-ci kanalları daha çox qonşu Wi-Fi şəbəkələrinin bir-birinə mane olmaması üçün istifadə olunur. Buna görə də kiçik bir radiusda üç ayrı qoşulma nöqtəsinin mövcud olması burada böyük ehtimalla problemlərin ortaya çıxacağından xəbər verir. Müasir Wi-Fi stanradtları 2,4 deyil, 5 GHz tezlikdə işləyir. 802.11 a/c yalnız 5 GHz-də, 802.11 n isə ya 2,4 GHz, ya da 5 GHz-də işləyir.

Wi_Fi_1

2,4 GHz diapazonunda üç, 5 GHz-də isə tam 23 bir-birini basdırmayan kanal var. Bu, o demək deyil ki, artıq ikinci halda ixtilaflar yer almayacaq, lakin hər halda xaricdən müdaxilə riski həmin halda xeyli azalır. Beləliklə, 5 GHz-ə keçid şübhəsiz ki, doğru addımdır, çünki qonşularınız böyük ehtimalla 2,4 GHz diapazonunu işlədir. Rabitə standartını müəyyən etmək üçün modeminizin texniki sənədlərinə nəzər salın. Yəqin ki, həmin sənədlərdə lazımi məlumatları tapacaqsınız.

Aşağıdakıları bilməkdə fayda var:

— 802.11 a/c simsiz rabitənin sonuncu standartıdır və həm 5 GHz, həm də 2,4 GHz diapazonunda işləyə bilir. Məlumatların ötürülmə sürəti nəzəri olaraq burada saniyədə 866,7 meqabitə qədər yüksələ bilər.

— 802.11 n də öz növbəsində hər iki diapazonda işləyə bilir, lakin eyni zamanda deyil. Maksimal sürət nəzəri olaraq 150 Мbit/saniyədir.

— 802.11 g yalnız 2,4 GHz diapazonunda işləyir və məksimal sürəti 54 Мbit/s-ni keçmir.

— 802.11b sürəti maksimum 11 Mbit/saniyədir.

Digər standartlar da mövcuddur, amma belə qurğuların artıq 20 ildən çox mövcud olduğunu nəzərə alaraq onlardan bugün bəhs etməmək doğru olar. Ən təəssüfləndirən fakt isə odur ki, bəzi hallarda köhnə modemi yenisi ilə əvəz etmək kifayət olmaya bilər. Bunu unutmamaq lazımdır. Yuxarıda sadaladıqlarımız onu göstərir ki, tezliklə müasir modem alıb 5 GHz diapazonuna keçmək lazımdır.

Kənar qurğuların təsiri

 

Wi-Fi şəbəkəsinin radiusunda işləyən digər çox istifadə olunan qurğular da öz növbəsində simsiz rabitənin keyfiyyətini aşağı sala bilər. Söhbət yenə də 2,4 GHz tezliyindən gedir. Misal üçün, bir çox telefon həmin diapazonda işləyir. Videokameralar da eyni siyahıya daxildir. Rabitənin keyfiyyətini mikrodalğa sobaları da təsir göstərə bilər. Köhnə Bluetooth qurğuları da ixtilaf yarada biləcək qurğulardandır. Ruterin sahibi nasazlıqlara səbəb olan qurğudan canını qurtarsa belə, bu dəfə qonşunun mikrodalğası problem yarada bilər.

İxtilafları aradan qaldırmaq üçün bir neçə tövsiyə

Kənardan gələn maniələrin qarşısını almaq mümkün olmasa da, daxili əngəllərdən qurtulmaq üçün tədbir görmək məsləhətdir. Əvvəla, ruteri mənzilin mümkün qədər mərkəz hissəsində, mümkün qədər yüksəklikdə yerləşdirib antenasını şaquli vəziyyətdə sabitləşdirmək lazımdır. İkincisi, marşrutizatorun ətrafındakı əşyaların hansı materialdan olduğuna diqqət yetirin. Misal üçün, Metal səthin üzərində, metal divarın qarşısında yerləşdirəcəyiniz ruterdə problem yaranacaq. Siqnal taxta masadan rahatlıqla keçir, amma onun metaldan keçməsi çətindir. Odur ki, ruterin yüksək sıxlığı olan materiallardan uzaq olması məsləhət görülür. Bununla yanaşı, müxtəlif tətbiqlərdən istifadə etmək də olar. Yuxarıda bəhs etdiyimiz boş kanal axtarış proqramlarının analoqlarından biri də Android əməliyyat sistemi üçün hazırlanmış Wi-Fi Analyzer tətbiqidir. Bu tətbiqin funksionalı daha əlverişli siqnal qəbuletmə zonasını müəyyən etməyə yarayır.

Wi_Fi_4

Nəhayət, əlavə antena və repitorlara (təkrarlayıcılara) da diqqət yetirmək faydalı ola bilər. Bir marşrutizator vazitəsilə daha böyük sahəni əhatə etmək üçün şəbəkəyə əlavə qurğular qoşula bilər. Bu halda da, əlbəttə ki, kənar maniələrə davamlı müasir avadanlıq əldə etmək daha məqsədəuyğundur.

Böyük Britaniyalı memar Luis Ernan gənc yaşından bəri maraqlanırdı ki, görəsən, havadan ötürülən radio, ya da Wi-Fi kimi simsiz texnologiya siqnalı gözə görünə bilsəydi, necə bir şəkli olardı. Universitetdən məzun olduqdan sonra Luis ətrafımızdakı bu görünməz siqnalların üzərində tədqiqat apararaq onları uzunmüddətli ekspozisiya vasitəsilə rəngarəng xəyali obrazlar kimi əks etdirib nə qədər güclü olduğunu nümayiş etdirdi.

Wi_Fi_2

ТЕГИ:
Kingston Digital выпускает флеш-накопитель с поддержкой USB Type-C
Чем занимаются самые мощные суперкомпьютеры в мире?
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!