spot_img
20 апреля, 2024
ДомойТелекомСтатьиAzure RemoteApp: tətbiqlərinizi istənilən yerdən işə salın

Azure RemoteApp: tətbiqlərinizi istənilən yerdən işə salın

Müəssisələrin qloballaşması, texnologiyaların sürətli inkişafı, həmin texnologiyalar əsasında istehsal olunan yeni-yeni qurğuların meydana çıxması yeni tələblər və müvafiq olaraq yeni həllər gətirir. Bu məqaləmizdə sizə belə həllərdən biri: Azure RemoteApp haqqında söhbət açacağıq.

Nyx_111

Azure üzərindəki 300-ə yaxın xidmətlərdən biri olan Azure RemoteApp Microsoft Virtual Desktop Infrastructure texnologiyasının əsasında yaradılmış və daha əvvəl əməliyyat sistemində yerləşdirilmiş tətbiqin Azure bulud sistemi üzərindən işləyən bir hissəsidir. Azure RemoteApp sizə müxtəlif qurğulardan (Windows, iOS, Mac OS X və Android) tətbiqi proqramlara məsafədən girişi təhlükəsiz şəkildə təmin edir. Azure RemoteApp vasitəsilə işlətdiyiniz tətbiqləri idarə etmək üçün Azure Management Portal-dan istifadə etmək lazımdır.

azure_remoteapp_77 RemoteApp iki variantda təqdim olunur:

  • Yalnız bulud variantı (A cloud collection) Azure üzərində yerləşən və birbaşa oradan işə salınan tətbiqlər üçündür. Belə tətbiqləri şəxsi Microsoft hesabına, ya da Active Directory-da yerləşən və Active Directory ilə sinxronlaşdırılmış/federativ qaydada birləşdirilmiş korporativ hesaba daxil olaraq işə salmaq olar.
  • Hibrid variantı (A hybrid collection) həm Azure üzərində yerləşdirdirilmiş, həm də lokal şəbəkənizdə mövcud olan məlumat və resurslardan istifadə etməyə imkan verən tətbiqlər üçündür. İstifadəçilər bu tətbiqləri yalnız müəssisənin Active Directory-sında yerləşən və Active Directory ilə sinxronlaşdırılmış/federativ qaydada birləşdirilmiş korporativ hesabına daxil olaraq işə sala bilərlər.

İstənilən tətbiqin Azure RemoteApp vasitəsilə işləyib-işləməyəcəyini əvvəlcədən yoxlamaq üçün «Microsoft Application Compatibility Best Practices for Remote Desktop Services» adlı xüsusi xidmət mövcuddur. Xidmətdən faydalanmaq üçün bu keçiddən istifadə edin: http://www.microsoft.com/en-us/download/details.aspx?id=18704. Burada ümumi tələblərlə tanış olub tətbiqinizin onlara cavab verdiyindən əmin olduqdan sonra onu Azure RemoteApp vasitəsi ilə işlədə bilərsiniz.

azure-remoteapp-hybrid-deployment

RemoteApp tətbiqini istifadə edərkən susmaya görə aşağıdakı yönləndirmələr aktivləşir:

  • Səsləri yönləndirmə (audiomode:i:0).
  • Səsin lokal kompüterdən tətbiqə (məsələn, mikrofon vasitəsi ilə) yönləndirilməsi (audiocapturemode:i:1).
  • Quraşdırılmış çap qurğularından istifadə (redirectprinters:i:1).
  • COM portlardan istifadə (redirectcomports:i:1).
  • Smart card qurğularından istifadə (redirectsmartcards:i:1).
  • Bufer yaddaşından (Clipboard) istifadə (redirectclipboard:i:1).
  • İstifadə edilən şriftlərin optimallaşdırılması (allow font smoothing:i:1).
  • Bütün dəstəklənən Plug and Play qurğularının yönləndirilməsi (devicestoredirect:s:*).

Bundan əlavə daha iki yönləndirmə dəstəklənir, lakin onlar susmaya görə aktiv olmadığından ehtiyaca görə işə salına bilər:

  • Sərt diskə yönləndirmə (drive mapping): bu yönləndirmə ilə siz kompüterinizin sərt diskinə uzaqdan qoşulub orada yerləşdirdiyiniz məlumatlardan istifadə etməklə yanaşı diskin hafizəsində yeni fayl açıb məlumat əlavə edə bilərsiniz.
  • USB portuna yönləndirmə: Kompüterinizə uzaqdan qoşularaq USB portuna taxılmış qurğulara daxil olub onlardan istifadə edə bilərsiniz.

Azure RemoteApp xidmətini sınaqdan keçirmək, habelə onun haqqında ətraflı məlumat əldə etmək üçün remoteapp.Azure.com ünvanına daxil olmaq kifayətdir. Bu portalda nümunə kimi hazırlanmış RemoteApp yerləşdirilib. Həmin nümunəni kompüterinizdə işə salıb sınaqdan keçirə bilərsiniz.

RemoteAppOverview_960

Tövsiyəmiz budur ki, əvvəlcə yuxarıda qeyd edilmiş keçiddən sınaq məqsədli RemoteApp nümunəsini əldə edib öz infrastrukturunuzda yoxlayasınız.

  • Azure RemoteApp bir sıra mühüm üstünlüklərə malikdir. Bu üstünlüklərin arasında aşağıdakıları qeyd etmək olar:
  • Azure RemoteApp istifadəçinin kompüterinə quraşdırdıqdan sonra artıq onu müntəzəm şəkildə yeniləməyə ehtiyac olmur;
  • Azure RemoteApp ilə müxtəlif platforma və əməliyyat sistemləri üçün ayrı-ayrı tətbiqlərdən istifadə etməyə ehtiyac yoxdur;
  • Azure RemoteApp ilə istənilən əməliyyat sistem (Windows, iOS, Mac OS X və Android) əsasında işləyən hər hansı qurğudan daxil olub müxtəlif tətbiqləri eyni keyfiyyətlə işlətmək olar;
  • İnternetə qoşulma göstəriciləri zəif olan kompüter və terminallarda Azure RemoteApp istənilən proqramları rahatlıqla işə salmaq imkanı yaradır;
  • Azure RemoteApp ilə yeniləmələri, dəyişiklikləri daha ucuz və səmərəli şəkildə həyata keçirmək mümkündür;
  • İnformasiya təhlükəsizliyi baxımından Azure RemoteApp əlverişli və etibarlıdır.

3060.02quickcreateofficetrialupdate_5A7BD21A

Artıq bir neçə yerli şirkət işgüzar fəaliyyətində son dərəcə önəmli hesab etdiyi tətbiqləri RemoteApp vasitəsi ilə idarə edir. Həmin şirkətlərin Azərbaycanın müxtəlif regionlarında yerləşən filialları İnternetə qoşulub bu proqramlardan rahat istifadə edə bilir. Artıq bu şirkətlərin informasiya texnologiyaları üzrə mütəxəssisləri tətbiqləri yeniləmək üçün rayonlara gedib orada 3-4 gün itirmirlər. Qeyd etdiyimiz şirkətlər RemoteApp tətbiq olunmağa başladıqdan sonra IT xərclərinin 15-20% azaldığını iddia edir. Siz də RemoteApp tətbiq etməyə başlayın, onun açıq-aşkar üstünlüklərindən, yaratdığı geniş imkanlardan faydalanın!

Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -