ГлавнаяSoftwareИгрыOyun icmalı: The Crew: Los Ancelesdən Nyu-Yorka qədər

Oyun icmalı: The Crew: Los Ancelesdən Nyu-Yorka qədər

«The Crew» oyunu 2014-cü ilin sonunda ərsəyə gəldi. «Ubisoft» şirkəti «The Crew» layihəsində iki ayrı formatı, avtomobil yarışmasını ilə MMO janrını birləşdirib onu adi oyundan daha üstün yaratmağa çalışıb. Oyun olduqca böyük iddialarla və maddi dəstəklə hazırlanıb. Oyuna real dünya əlavə olunub: burada başqa oyunçularla qarşılıqlı əlaqə yaratmaqla sosiallaşma, eləcə də PvP-yarışları və dramatik süjet təmin olunub. Oyunun məkanı və virtual avtodromun böyüklüyü oyduqca dərin təsir bağışlayır. Yarış məkanı isə nə az, nə çox, bütün Amerika Birləşmiş Ştatlarıdır.

the_crew-_cruise_wallpaper-the-crew-review-xbox-one-ps4-reviewers-say-that-ubisoft

  • Oyunun janrı: Arcade, MMOG, avtomobillər
  • Hazırlayanlar: Ivory Tower, Ubisoft Reflections
  • Nəşr edən: Ubisoft
  • Platformalar: PlayStation 4, Xbox One, Xbox 360, PC
  • Çıxış tarixi: 2 dekabr 2014
  • Yaş həddi: 12+
  • Multipleyer: var
  • Oyunun rəsmi saytı: http://thecrew-game.ubi.com

Tövsiyyə edilən sistem tələbləri:

  • Əməliyyat sistemi: Windows 8/8.1 (64bit);
  • Prosessor: Intel Core i5-750 2,66 GHz / AMD Phenom II X4 940 3,0 GHz və daha üstü;
  • Əməli yaddaş: 8 Gb;
  • Videokart: NVIDIA GeForce GTX580 / AMD Radeon 6870 (Shader Model 5.0 dəstəkli, 1 Gb videoyaddaşlı) və daha üstü;
  • 18 Gb boş yaddaş.

ur2

«The Crew» başlanqıcda olduqca «Need for Speed: Most Wanted 2005» oyununa bənzəyir. Baş qəhrəman Aleks Teylor həyatını yarışlarla qazanan uğurlu stritreyserdir. Qardaşı Deyton «5-10» yarışçı bandası ilə əlbir olur və çox keçmədən «Ülgüc» ləqəbli nüfuzlu cinayətkar yarışçı tərəfindən arxadan güllə ilə vurulur. Deytonun qətlində Aleksi gunahlandırırlar və FBI-ın satqın agenti Kobern onu həbsə atır. Həbsdə 5 il yatan Aleks digər FBI agenti Zoidən cəlbedici təklif alır. Zoi Aleksdən Koberni ifşa etməkdə kömək istəyir. Eyni zamanda, Aleks qardaşının qisasını da alacaq. Zoi Aleksə bandaya qatılmağı təklif edir. Ötən illər ərzində banda böyüyüb əli Amerika Birləşmiş Ştatlarının hər tərəfinə çatan iri cinayətkar təşkilata çevrilib. Bandanın qeyri-qanuni stritreyseri kimi qəbul edilmək üçün Aleks həm yaxşı yarışçı, həm də bandaya sadiq olduğunu sübut etməlidir. Tapşırıqları yerinə yetirə-yetirə Aleks reytinq cədvəlində tədricən üst pillələrə çıxacaq və ədalətin bərqərar olmasını təmin etmək üçün cinayətkarlara çatacaq.

THECREW_March14_Screenshot_NY_TimeSquare_1395945710_133970

Oyun əvvəlcə Detroyt şəhərində başlayır, amma tezliklə biz Los Ancelesdən Nyu-Yorka qədər uzanan nəhəng avtodroma çıxırıq. Alekslə birlikdə Kaliforniyanın məşhur «ölüm vadisi»ndə olacaq, neon işiqları ilə göz qamaşdıran Las Veqasın küçələrindən ötüb keçəcəksiniz. «The Crew» xəritəsini başdan başa diaqonal şəkildə keçməyiniz təxminən 50 dəqiqə real vaxt alacaq. «The Crew» oyununun real dünya miqyasına heç bir başqa yarışma oyunu çata bilməz. Amma məhz belə böyük miqyas üzündən oyunun tərtibatçıları başqa xüsusiyyətləri ixtisar etmək məcburiyyətində qaldılar. Küçə trafiki böyük şəhərlərdə belə olduqca zəifdir. «GTA 3» dövründə olduğu kimi qarşımıza dəfələrlə eyni maşınlar çıxır, yolun ortasına qəflətən çıxan mal-qara və buna bənzər bəzi hadisələr isə arzuediləndən bir qədər artıq baş verir. «The Crew» oyununu ara vermədən oynamaq üçün Internetə oyun boyunca qoşulmuş olmaq şərtdir. Oyunun gedişatı oyunçunu virtual yarışçılarla yarışmağa təhrik edir. Bir çox halda on-line yarış üçün yetərli sayda iştirakçı toplana bilmir və bu səbəbdən oyunçu qüsursuz bot yarışçılarla yarışmalı olur. Virtual rəqiblər elə mürəkkəb hazırlanıb ki, oyunçu dəfələrlə onların müəyyən süjet xətti olmayan yarışlarda getdikləri marşrutları və dönüşləri yadda saxlayaraq qalib gəlməyə çalışır. Avtomobil inkişaf etdirmək üçün tələb olunan mikrotranzaksiyalar və oyundaxili ödənişlər «The Crew» oyunundan qalan təəssüratı pisləşdirir, çünki beləliklə şəxsi avtoparkın inkişafı uzun və çətin məsələyə çevrilir.

maxresdefault

«The Crew» oyununda bir neçə fərqli yarışma növü var. Bu yarışmalarda məhdud müddət ərzində ifşaedici məlumatlarla dolu qutuların toplanması, düşmən avtomobillərindən və polislərdən qaçış, başqa klanlara aid avtomobillərin məhv edilməsi və buna bənzər müxtəlif qeyri-adi vəziyyətlər yarana bilir. «The Crew» oyununda avtomobillərin müxtəlif səviyyələri və təsnifatları var. Beş təbəqəli təsnifat avtomobilinizi stritkar, sportkar, offrod, ralli və ya yarış avtomobilinə çevirmək imkanını verir. Daha yüksək pillələrə yüksəldikcə avtomobil üçün daha çox inkişaf etmiş səviyyələr açılır. Təqdim olunan hər avtomobil 1299-cu səviyyəyə qədər inkişaf etdirilə bilər. Oyuna ən çox bənd olanlar üçün isə üç gizli «hotrod» nəzərdə tutulub ki, bunları parça-parça ən çətin yerlərdə və ən mürəkkəb tapşırıqları yerinə yetirərkən toplamaq mümkündür.

url3

«The Crew» oyununun o qədər zəngin məzmunu var ki, onun uğrunda onlarca, hətta yüzlərcə saat vaxt sərf etmək lazımdır. Cari il ərzində Ubisoft şirkəti oyuna yeni tapşırıqlar, qlobal hadisələr və avtomobillər əlavə etməyi planlaşdırdığını nəzərə alsaq aydın olur ki, bu oyun oyunçudan daha da çox vaxt tələb edəcək. Düzdür, oyundaxili ödənişləri həyata keçirmək üçün hər dəfə adi missiyaların keçilməsini tələb edən eyni geympley sizin nə qədər tez zəhlənizi tökəcək, bu da hələ ki naməlumdur. Bunu etməkdən bezmisinizsə, cibinizdən həqiqi pul ödəməli olacaqsınız. Məhz bu problemi növbəti apdeytlər çətin ki, həll edə bilsin.

1412698489_the_crew_272111060

Nəticə etibarı ilə qarşımızda zəngin süjetli, hadisədolu, amma əslində tam işlənib təkmilləşdirilməmiş bir oyun görürük. Buradakı nəhəng, amma bir çox geymerlər üçün itirilmiş oyun dünyasına görə insanın «The Crew» oyununa heyfi gəlir. Ucsuz-bucaqsız, rəngarəng və füsunkar Amerikanın ləzzəti hadisələrin süni şəkildə uzadılmış cərəyan etməsi, zəif sürüş mexanikası və üstünlüyü əsasən kələk və fırıldaq üzərində qurulmuş süni intellekt tərəfindən məhv edilir. Odur ki, professionalların bu oyuna meyl salacaqlarını güman etmirik…

ТЕГИ:
Умный дом с интеллектуальной начинкой
Lara Croft and the Temple of Osiris
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!