spot_img
19 апреля, 2024
ДомойSoftwareИгрыOyun İcmalı: Far Cry 4

Oyun İcmalı: Far Cry 4

Bütün oyunsevərlərin yaxşı tanıdığı «Ubisoft Montreal» studiyası «Far Cry» oyun seriyasının növbəti 4-cü hissəsini ərsəyə gətirdi. Hələ 2013-cü ildə «E3 Electronic Entertainment Expo» (Elektron Əyləncə Sərgisi) oyun sərgisində «Far Cry 4» çox böyük marağa səbəb olmuşdu. Lakin oyunun üz qapağı böyük qalmaqal yaratdı. Çünki həmin qapağın üzərində bir sarışın ağdərili şəxs bir Asiyalını əlinin altında tutmuş vəziyyətdə əks olunmuşdu. Buna görə oyunun yaradıcılarını rasizmdə günahlandırdılar.

Süjet

Oyunda hadisələr bir kiçik qondarma ölkədə cərəyan edir. Kirat adlanan bu ölkə Himalay dağlarında yerləşir.

FarCry4 (1)

Antoqonist Peyqan Minq vaxtilə buranın qanuni kralını qətlə yetirdikdən sonra özünü ölkə başçısı elan edib. Buna cavab olaraq keçmiş kral ordusunun əsgərlərindən Mohan Geyl «Qızıl Yol» adlı hərəkat yaradib ona başçılıq edir. Lakin günlərin birində Mohan gətlə yetirilir. Bu hadisələrdən sonra Mohanın yoldaşı İşvari və oyunun baş gəhrəmani Adcay ABŞ-a köçürlər.

İllər keçdikdən sonra Adcay Geyl Kirata qayıdır. Ölmədən əvvəl Adcayın anası ona vəsiyyət edir ki, külü vətənində küləyə səpilsin. Vəsiyyəti yerinə yetirmək üçün Adcay Kirata qayıtmalı olur. Burada isə vətəndaş müharibəsi gedir. «Qızıl Yol» hərəkatının üzvləri Peyqan Minqin hakimiyyətinə qarşı mübarizəni davam etdirirlər.

Baş qəhrəman Adcay obrazında biz kral Minqə qarşı çıxırıq. Bunu ya tək, ya da dostlarımızdan biri ilə birgə edə bilərik.

FarCry4 (3)

«Far Cry 4» oyununda multipleyer rejiminə böyük diqqət yetirilib. Oyuna tək başladıqda belə biz sonradan dostlarımızdan birini köməyə çağırıb missiyanı birgə keçə bilər, yaxud əsas missiyanı kənara qoyub ikinci dərəcəli məsələləri həll edə bilərik. Oyunun müsbət cəhətlərindən biri də odur ki, dostumuz oyunu almayıbsa belə o, oyuna bizim dəvətimizlə qatıla bilər.

«Far Cry 3» oyununda olduğu kimi, yeni missiyada da vəhşi heyvanları ovlayıb onların dəri və sümüklərindən özümüzə müxtəlif əşyalar düzəldə bilərik. Lakin əvvəlkindən fərqli olaraq bu dəfə oyunda ətrafımızdaki heyvanlardan silah kimi də istifadə edə bilərik. Filin üstünə minib düşmənləri tapdalaya və yaxud düşmənlərin olduqları yerə yem ataraq hansısa bir yırtıcının ora hücum etməsini təmin edə bilərik.

Oyunda biz arenada da gücümüzü sinaya bilərik. Arenada 3 rejim var: Sonsuz, Silahla sınaq və Qarşıdurma rejimləri. Sonsuz rejimdə bizim üstümüzə dayanmadan düşmənlər hücum edir. Silahla sınaq rejimində bizə müəyyən silah verilir və qarşımıza müxtəlif missiyalar qoyulur. Qarşıdurma rejimində isə arenada qruplar yarışır. Biz son olaraq qalib komanda ilə qarşı qarşıya gəlirik.

Qrafika

Far Cry® 4_20141118211016

Qrafika yenə də yüksək səviyyədədir. 3-cü hissə ilə müqayisədə əsaslı irəliləmə olmasa da, vizual cəhətdən oyun yenə gözləri heyran etməyi bacardı. Oyunu müşayiət edən gözəl peyzajlar ayrı zövq verir.

Bu oyunu oynayanlar şübhəsiz ki, heç də darıxmayacaqlar. Kimsə dostunu dəvət edib onunla birgə qalaya hücum edəcək, kimsə ovçuluqla məşqul olacaq, kimsə bütün postları işğal etmək üçün cəhd edəcək. «Far Cry 4» yalnız maraqlı atışmalardan ibarət deyil. Bu oyun hər bir oyunçunun tələblərinə uyğunlaşması ilə fərqlənir.

FarCry4 (2)

Minimal sistem tələbləri:

  • ƏS: Windows 7 (SP1) / Windows 8 / Windows 8.1;
  • Prosessor: 2,6 GHz Intel Core i5-750 və ya 3,2 GHz AMD Phenom II X4 955;
  • Operativ yaddaş: 4 Gb;
  • Videokart: NVIDIA GeForce GTX 460 və ya AMD Radeon HD5850 1 GB videoyaddaş;
  • Hard disk: 30 Gb.

 

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -