spot_img
29 марта, 2024
ДомойТелекомСтатьиİT karyeranız və infrastrukturunuz üçün faydalı resurslar

İT karyeranız və infrastrukturunuz üçün faydalı resurslar

Biliklərimizi paylaşıb hər kəsə kömək etmək çox faydalı və maraqlı bir işdir. Ona görə ki, paylaşmaqla azalmayan bilik, paylaşdıqca daha da artar.

????????????????????????????????????????????????????????????????????

Hər bir İT mütəxəssisi üçün maraqlı olacaq 9 resurs haqqında təcrübəmizi sizinlə paylaşmaq istəyirik. Ümid edirik ki, bu resursların içindən həm özünüz və yaxınlarınız üçün, həm də çalışdığınız müəssisə üçün faydalı məlumat əldə edə biləcəksiniz. Sözü gedən resurslar bunlardır:

1. Kömpüter işlətmək üçün minimal bilik səviyyəsini təmin edən xüsusi Microsoft Digital Literacy curriculum kursları. Müasir zamanda hər kəs öz işini daha səmərəli yerinə yetirmək üçün kompüterdən sərbəst və səriştəli bir şəkildə istifadə edə bilməlidir, çünki artıq informasiya texnologiyalarının istifadə olunmadığı sahə qalmayıb. Adı çəkilən kursları dinlədikdən sonra kompüterin əməliyyat sistemindən və gündəlik istifadə etdiyiniz proqramlardan (mətn redaktoru, elektron cədvəllər, elektron poçt, internet bələdçisi və s.) daha səmərəli və peşəkar istifadə etməyə başlayacaqsınız. Kursları ayrı-ayrılıqda həm birbaşa internetdən, həm də kompüterə yüklədikdən sonra internet olmadan dinləmək mümkündür. Hər biri 3 saat davam edən kurslar aşağıdakı hissələrdən ibarətdir:

a) Kompüter biliklərinin əsasları (Computer Basics);

b) İnternet və bulud xidmətləri, dünya veb şəbəkəsi (The Internet, Cloud Services, and World Wide Web);

c) Səmərəlilik proqramları (Productivity Programs);

d) Kompüter təhlükəsizliyi və məxfilik (Computer Security and Privacy);

e) Rəqəmsal Həyat Tərzi (Digital Lifestyles).

Siz heç bir ödəniş etmədən biliklərinizi dərhal online yoxlayıb sertifikat ala bilərsiniz. Kurslar İngilis, Rus, Türk və bir neçə başqa dillərdə bu keçiddə yerləşir: http://www.microsoft.com/About/CorporateCitizenship/Citizenship/giving/programs/UP/digitalliteracy/eng/default.mspx

2. İnformasiya Texnologiyaları sahəsində işləyən peşəkarlar üçün nəzərdə tutulmuş, Microsoft şirkətinin ən son həll, proqramlaşdırma və məhsulları üzrə Microsoft Virtual Academy kursları. Buradakı bütün kursları Rus, İngilis və bir neçə başqa dildə yalnız online dinləmək olar. Akademiyanın xidmətlərindən faydalanmaq üçün Sizin pulsuz Microsoft hesabınızın (@outlook.com, @live.com, @hotmail.com ilə bitən e-mail ünvanı) olması kifayətdir. Akademiyada müntəzəm olaraq bilik yarışları keçirilir, qaliblərə sertifikasiya imtahanlarından keçmək üçün pulsuz imtahan vauçerləri təqdim olunur. Akademiyamızın keçidi belədir: http://www.microsoftvirtualacademy.com

3. Windows Azure üzərindən fəaliyyət göstərən xüsusi video-portal. Hər il informasiya texnologiyaları üzrə çoxlu tədbirlər keçirilir. Bunların hamısının maraqlı və faydalı olmasına baxmayaraq hər birində iştirak etmək mümkün olmur. Müəyyən səbəbdən iştirak edə bilmədiyiniz və ya keçirildiyindən bixəbər olduğunuz beynəlxalq tədbirlərimizin, müxtəlif məhsul və həllərimiz üzrə Rus dilində keçirilən seminarların videoyazılarını istədiyiniz zaman Windows Azure üzərindən fəaliyyət göstərən xüsusi video-portalımızda dinləyə bilərsiniz. Video-portalda 2011-ci ildən bəri toplanmış böyük video-arxiv mövcuddur. Video-portalın ünvanı belədir:

http://www.techdays.ru

4. İT mütəxəssisləri üçün Pulsuz kitab portalı. IKT sahəsi ən dinamik inkişaf edən sahələrdən biri olduğu üçün kitab oxumaqla yenilikləri izləmək bəzən mümkün olmur. Amma buna baxmayaraq kitab oxumağa üstünlük verən İT mütəxəssisləri üçün ən son texnologiyalarımızı əhatə edən, Rus və İngilis dillərində çap olunmuş 100-dən çox Pulsuz kitabların toplandığı portal mövcuddur. Siz bu portalda Microsoft Press tərəfindən hazırlanmış kitabların elektron versiyasını müxtəlif formatlarda endirərək istifadə edə bilərsiniz.

Pulsuz kitablar portalının keçidi belədir: http://aka.ms/kitablar

5. Technet Virtual Labs portalından istifadə etməklə İT mütəxəssisləri Microsoft şirkətinin laboratoriyasında müxtəlif texnologiyalarımızı sınaqdan keçirə, biliklərini təcrübə yolu ilə yoxlaya bilərlər. Müvafiq resursumuzda bütün təlimatlar addım-addım yazılmış və sınaqdan keçirlmişdir. Keçid belədir:

http://technet.microsoft.com/en-us/virtuallabs/bb467605.aspx

6. Microsoft Security Development Lifecycle portalında proqramçı mütəxəssislər üçün daha təhlükəsiz və etibarlı tətbiqi proqramlar hazırlamaq üzrə Microsoft şirkətinin tövsiyələri toplanmışdır. Buradakı alətlərdən istifadə etməklə daha peşəkar və təhlükəsiz tətbiqlər hazırlamaq mümkündür. Keçid belədir: http://www.microsoft.com/security/sdl/process/training.aspx

7. Microsoft Operations Framework 4.0 vasitəsi ilə gündəlik idarə olunan İT məsələlərinin ən yaxşı təcrübələrə əsaslanan, qiymət baxımdan ən səmərəli həlləri ilə tanış olmaq mümkündür. İTİL-ə tam uyğun, lakin daha mükəmməl və dəqiq həll yolları göstərilərək hazırlanmış bu topluda çox faydalı məsləhətlər, hansı texnologiyanın hansı problemi həll etdiyi barədə məlumat verilir. Daha ətraflı məlumatı bu keçiddə əldə edə bilərsiniz:

http://technet.microsoft.com/en-us/solutionaccelerators/dd320379.aspx

8. Infrastructure Planning and Design (İPD) təlimatlarının köməyi ilə istənilən Microsoft həllini ən yaxşı təcrübələr əsasında, eləcə də Microsoft şirkətinin tövsiyələri ilə istifadəyə vermək mümkündür. Bu təlimatların addım-addım üsulu ilə yazıldığından, hansı mərhələdə hansı işlərin çox asanlıqla görülə biləcəyini anlamaq, bunun əsasında texniki tapşırıqlar hazırlamaq mümkündür. Daha ətraflı məlumat üçün bu keçiddən İPD endirmək mümkündür: http://www.microsoft.com/en-us/download/details.aspx?id=732

9. Microsoft Assessment and Planning Toolkit (MAP) alətinin köməyi ilə siz İT infrastrukturunun inventarlaşmasını apara, zəif məqamları üzə çıxara, infrastrukturun inkişafını planlaşdıra bilərsiniz. Bu alət İT mütəxəssisləri üçün nəzərdə tutulub və pulsuz olduğundan çox geniş yayılıb. Aləti bu keçiddən endirmək mümkündür: http://www.microsoft.com/en-us/download/details.aspx?id=7826

Sizin bildiyiniz başqa faydalı resurslar varsa, onları paylaşmaqla digər İT mütəxəssislərinə kömək etmiş olarsınız. Sizi İT sahəsinin inkişafı üçün birgə səy göstərməyə dəvət edirik.

Career (1)

Müəllif: Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan, [email protected]

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -