ГлавнаяТелекомСтатьиAzərbaycan mobil rabitə bazarının icmalı

Azərbaycan mobil rabitə bazarının icmalı

Azərbaycan mobil operatorları öz tarif planlarının, xüsusilə öncədən ödəməli tariflərinin sayını və keyfiyyətini durmadan artırmağa çalışır. Lakin «prepaid» («öncədən ödəməli») tarif planlarının bu qədər çox olması istifadəçilər arasında müəyyən çaşqınlıq yaradır. Bu məqalədə biz bütün tarif planları haqqında məlumat təqdim edib sizə ən uyğun paketin seçilməsində kömək etməyə çalışacağıq.

Mobile Operators (1)

Azercell

Azercell

Azercell şirkəti SimSim öncədən ödəmə sistemini 1998-ci ildə tətbiq etməyə başladı. Hazırda SimSim tam altı müxtəlif öncədən ödəmə sistemli tariflərə bölünüb. Həmin tariflərlə qısaca tanış olaq.

GəncSim tarif planı adından da aydın olduğu kimi daha çox gənc yaşlı şəxslərə yönləndirilmiş tarifdir. Pulsuz SMS, MMS və İnternet paketi təklif edən GəncSim bir neçə il əvvəl bazara çıxarılıb qısa müddət ərzində böyük rəğbət qazandı. Lakin hazırda GəncSim tarifinin pulsuz xidmətləri yalnız 3-cü dəqiqədən sonra pulsuz danışıqdan və sadəcə həftəsonları olmaqla hər 2-ci SMS və MMS-in pulsuz göndərilməsindən ibarətdir.

GəncSim tarifindən sonra Azercell şirkəti yeni GəncOl tarifini yaratdı. GəncOl tarifi GəncSim-dən fərqli olaraq abunəçilərə daha çox imkan verən tarif planı kimi ortaya çıxdı. GəncSim-in bəzi xüsusiyyətləri bu yeni tarif planına nəql edildi. Məsələn, əvvəllər ParkCinema kinoteatrlarında keçərli olan «1+1 GəncSim» kampaniyası indi GəncOl tarifinin içindədir. Bir müddət sonra GəncOl tarifinə şəhərdə keçirilən müxtəlif endirim kampaniyalarında iştiraketmə imkanları da əlavə edildi.

GəncOl tarifinin iki fərqli paketi var: GəncOl5 və GəncOl10. Qiyməti müvafiq qaydada 5 və 10 manat olan həmin paketlər GəncOl abunəçilərinə öz arasındakı zənglərdə 300-800 dəqiqəlik, şəbəkədaxili zənglərdə 20-50 dəqiqəlik, şəbəkəxarici zənglərdə 10-30 dəqiqəlik danışmaq imkanı, eləcə də 1-2 Gb həcmində internet və 300-800 arası SMS gönrədmək imkanı təqdim edir. Paket üzrə təqdim olunan İnternet trafiki bitdikdən sonra qoşulma sürəti 12 8kb/s-ə endirilir. GəncOl tarifi haqqında tam məlumatı www.gencol.az saytında əldə etmək olar.

Bizimkilər tarifi Azercell abunəçiləri arasında zənglərə güzəşt yaradan orta səviyyəli tarifdir. Bu tarifçərçivəsində şəbəkədaxili zənglərin dəqiqəsi 7 qəpik, şəbəkəxarici zənglərin dəqiqəsi isə 14 qəpikdir. Müvafiq olaraq 1 SMS-in qiyməti 3 qəpik, 1 Mb İnternet isə 40 qəpiyədir.

Hər Yerə tarifi ölkə daxilində bütün istiqamətlərə eyni qiymətlə zəng etmək imkanını təqdim edir. Bu tarifdə mobil operatordan asılı olmayaraq bütün zənglərin 1dəqiqəsi 10 qəpik təşkil edir.

Tələbə 1-liyi yalnız tələbələr üçün nəzərdə tutulmuş xüsusi tarif planıdır. Abunəçi olmaq istəyənlər tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə Azercell Müştəri Xidmətlərinə və ya Azercell Ekspress ofislərindən birinə yaxınlaşmalıdırlar. Tarifə qoşulduqdan sonra abunəçilər öz aralarındakı danışıqların 1 dəqiqəsinə görə cəmi 1 qəpik, Azercell şəbəkə daxilindəki zənglərin dəqiqəsinə isə 5 qəpik ödəyəcəklər. Üstəlik, İnternet paketləri 20% endirimlə, 1 SMS isə 2 qəpiyə təqdim olunur. Qeyd edək ki, bu tarif üzrə abunəçi müqaviləsinin müddəti 1 il təşkil edir. Müqaviləni növbəti bir illik müddətə uzatmaq üçün abunəçi yenidən tələbə bileti ilə mobil operatorun ofisinə müraciət etməlidir.

 

Bölgə tarifi ölkə regionlarının sakinləri üçün yaradılmış əlverişli tarifdir. Bu tarif üzrə ölkə daxilində bütün regionlara zənglərin qiyməti dəqiqəbaşı 5 qəpik təşkil edir, üstəlik 3-cü dəqiqədən sonra həmin zənglər pulsuz davam etdirilə bilər.

Bakcell

Bakcell Logo

Bakcell şirkətinin təqdim etdiyi öncədən ödəmə sistemli tarif planları CİN paketi əsasında qurulub. CİN tarifi də Azercell-in SimSim sisteminə oxşar məntiqlə bir neçə öncədən ödəmə sistemli tariflərə bölünüb.

Əvvəlcə Gün Boyu 0 tarifi ilə tanış olaq. Gün Boyu 0 tarifi dəqiqəsi 0 qəpiyə gecə saat 01:00-dan axşam saat 18:00-dək şəbəkə daxilində limitsiz zəng etməyə imkan verir. Bu zaman kəsiyinin xaricində şəbəkədaxili zənglərin dəqiqəsi 6 qəpikdir, şəbəkəxarici zənglərin bir dəqiqəsi isə 12 qəpik təşkil edir. Lakin tarif çərçivəsində belə bir şərt var: tarifi aktivləşdirən abunəçinin balansınından hər gün 29 qəpik çıxılacaq (yeni nömrələrdə ilk 3 gün ərzində gündəlik abunə haqqı çıxılmır).

Çox danışmağı sevənlər üçün ƏlaCİN tarif planı mövcuddur. Bu tarifdə şəbəkədaxili zənglərin 1 saatı cəmi 7 qəpik təşkil edir. Zəngin maksimal danışıq müddəti 1 saatı keçməməlidir. Şəbəkəxarici zənglərin tarifləndirmə intervalı 15 saniyə, dəqiqəsi 9 qəpik təşkil edir. Bir SMS-in qiyməti isə 4 qəpikdir.

SevimliCİN tarifində hər yeni abunəçi bir il ərzində hər ay şəbəkədaxili zənglər üçün 25 dəqiqəlik bonus alacaq. Tarifə keçid haqqı 1 manat təşkil edir. Yeni aldığınız Bakcell nömrənizlə bu tarifə birbaşa pulsuz qoşula bilərsiniz. SevimliCİN abunəçisi əvvəlcədən seçib qeydiyyata aldığı 5 Sevimli nömrə ilə dəqiqəsini 3 qəpiyə, bütün digər Bakcell abunəçiləri ilə isə dəqiqəsini 6 qəpiyə danışa bilər.

CİNeration tarif planı mobil telefon rabitəsindən tez-tez istifadə edənlər üçün hazırlanmış xüsusi tarifdir. Bu tarif çərçivəsində Bakcell şəbəkəsi daxilində həftəsonları pulsuz zəng etmək, CİNeration abunəçiləri ilə həftə boyu dəqiqəsini 2 qəpiyə danışmaq, hər biri üçün 2 qəpik ödəməklə SMS/MMS göndərmək, Azərbaycan daxilində bütün nömrələrə dəqiqəsi 7 qəpiyə zəng etmək mümkündür. Ən əsası isə, CİNeration tarifi Bakcell-in başqa tariflərindən fərqli olaraq 25 Mb-lıq gündəlik İnternet paketini 10 qəpiyə deyil, 5 qəpiyə təklif edir.

DoğmaCİN ölkə regionlarının sakinləri üçün yaradılmış tarifdir. DoğmaCİN tarifində zənglərin dəqiqəsi Bakcell şəbəkəsi daxilində 2 qəpik, ölkə daxilində bütün digər nömrələrə isə 4 qəpik təşkil edir. Tarifə qoşulma/keçid haqqı 1 manat təşkil edir.

Eyni qiymətlə bütün istiqamətlərə zəng etmək SevinCİN tarifi ilə mümkündür. Bu tarif çərçivəsində SevimliCİN tarifində olduğu kimi hər yeni abunəçi bir il ərzində hər ay şəbəkədaxili zənglər üçün 25 dəqiqə bonus alacaq. Fərq isə ondan ibarətdir ki, bu tarif planına görə Azərbaycanın bütün mobil operatorların nömrələrinə, eləcə də şəhər telefonlarına zənglərin hər dəqiqəsi üçün 8 qəpik, bir SMS üçün isə 4 qəpik həcmində vahid qiymət tətbiq olunur.

Son olaraq Bakcell-in ən maraqlı tarif planı ilə tanış olaq. Söhbət GəlirliCİN tarif planından gedir. Bu tarifi digərlərindən fərqləndirən odur ki, abunəçinin gün ərzində həyata keçirdiyi bütün ölkədaxili zənglər, göndərilən SMS və MMS-lər üçün xərclədiyi ümumi məbləğin 50%-i növbəti gün onun balansına geri qaytarılır. Ölkədaxili zənglərin 1 dəqiqəsi 8 qəpik, bir SMS-in qiyməti isə 4 qəpik təşkil edir.

Nar Mobile

Nar Mobile

Nar Mobile mobil operatorunun tam doqquz öncədən ödəmə tipli tarif planı mövcuddur.

«0» tarifinin abunəçiləri qoşulma haqqını ödəyib şəbəkədaxili zənglərdə hər zəngin ilk 3 dəqiqəsini 0 qəpiyə danışa bilərlər. Şəbəkədaxili zənglər üçün qoşulma haqqı 5 qəpik, dördüncü dəqiqədən başlayaraq hər növbəti dəqiqə üçün danışıq haqqı da 5 qəpik təşkil edir. «0» tarifinin davamı kimi meydana çıxan «Super 0» tarifi isə «0» tarifindən fərqli olaraq sadəcə şəbəkədaxili deyil, eləcə də şəbəkəxarici zənglərin ilk 3 dəqiqəsini 0 qəpiyə təqdim edir.

CavanNar tarifi digər mobil operatorlar tərəfinfən gənclər və aktiv istifadəçilər üçün təqdim olunan tarif planlarının bənzəridir. Bu tarifə qoşulanlara 300 dəqiqə danışıq vaxtı, 300 MB həcmində İnternet və 300 SMS bonus təqdim olunur. 300 dəqiqə bitdikdən sonra, digər CavanNar istifadəçisi ilə əlaqənin 1 dəqiqəsi 2 qəpik, şəbəkədaxili və şəbəkəxarici zənglərin dəqiqəsi isə 5 qəpik təşkil edəcək. CavanNar tarifi üzrə aylıq abunə haqqı 99 qəpik, təqdim olunan bonusun istifadə müddəti 30 gündür.

Bumeranq tarifində gün ərzində abunəçinin həyata keçirdiyi ölkədaxili zənglərin hər 7 dəqiqəsinə görə 7 dəqiqə pulsuz danışıq vaxtı verilir. Ölkədaxili zənglərin dəqiqəsi 7 qəpik təşkil edir. Bundan əlavə, Bumeranq tarifində abunəçi 2 sevimli Nar nömrəsi seçib onlarla 50% endirimlə danışa bilər.

Sənin 3-ün tarifi region əhalisi üçün nəzərdə tutulub və ölkədaxili zənglərin dəqiqəsini 3 qəpiyə təqdim edir. Bu tarifdən faydalanmaq üçün gündəlik abunə haqqı 3 qəpikdir. Bakı şəhəri və Abşeron yarımadasında edilən zənglərin dəqiqəsi 5 qəpiyə hesablanır. Bir SMS-in qiyməti isə yuxarıda qeyd olunan tariflərdəki kimi 6 qəpik təşkil edir.

İndi də 3-ü 1də tarifi ilə tanış olaq. Abunəçinin bu tarifə qoşulduğu andan etibarən o, şəbəkədaxili 150 dəqiqə danışıq vaxtı və 150 SMS, şəbəkəxarici 50 dəqiqə və 50 SMS, eləcə də 200 Mb İnternet trafiki əldə etmiş olur. Bunun üçün onun balansından 2,8 manat çıxılır. Təqdim olunan dəqiqələr, SMS və İnternet trafiki bitdikdən sonra isə ölkədaxili zənglər 6 qəpiyə, bir SMS isə 3 qəpiyə hesablanır. Lakin bundan 7 gün keçdikdən sonra balansınızda kifayət qədər məbləğ olmasa ölkədaxili zənglər 7 qəpiyə, SMS-lər isə 6 qəpiyə hesablanacaq.

Nar Mobile operatorunun təqdim etdiyi ən sadə tarif planı sözsüz ki, Unikal tarifidir. Unikal tarif çərçivəsində ölkə daxilində bütün istiqamətlərə zəng, SMS, MMS, habelə İnternet xidmətlərinin (hesablama intervalı 40 kB olmaqla 160 kB) hər birinin qiyməti 4 qəpik təşkil edir.

Yeni Limitsiz tarifi çərçivəsində abunəçiyə gündəlik olaraq şəbəkədaxili 400 dəqiqə və 100 SMS təqdim olunur. Yeni Limitsiz tarifindən gündəlik istifadə haqqı 33 qəpikdir. Balansda kifayət qədər vəsait olmadıqda gündəlik abunə haqqı çıxılmır, borc olaraq nömrənin hesabına qeyd olunur, şəbəkədaxili danışıq və SMS xidmətləri isə təqdim olunmur. Əgər yuxarıda qeyd etdiyimiz gündəlik şəbəkədaxili bonus dəqiqələrindən və SMS-lərdən istifadə olunmayıbsa bonuslar toplanaraq təqvim ayı ərzində qüvvədə qalır. Tarif çərçivəsində edilən hər hansı zəngin birinci saniyəsi pulsuzdur. Gündəlik bonus tam istifadə edildikdən sonra şəbəkədaxili və şəbəkəxarici zənglərin dəqiqəsi 6 qəpiyə hesablanır.

Nəhayət, Nar Mobile operatorunun təqdim etdiyi sonuncu tarif planı Saniyə-dir. Saniyə tarif planı abunəçinin həyata keçirdikləri zənglərin danışdıq vaxtını dəqiqələrlə deyil, saniyələrlə ölçür və bunun əsasında hesablama aparır. Ölkədaxili bütün istiqamətlərə zənglərin saniyəsi 0,00125 manat təşkil edir. Abunəçi Saniyə tarifində 2 sevimli Nar nömrəsini seçə və həmin nömrələrlə 50% endirimlə danışa bilər.

Обзор игры Lords of the Fallen
Обзор смартфона Samsung GALAXY Note Edge
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!