ГлавнаяSoftwareИгрыOyun icmalı: Call of Duty: Advanced Warfare

Oyun icmalı: Call of Duty: Advanced Warfare

İlin әn gözlənilən oyunlardan biri «Call of Duty: Advanced Warfare» oyunçu kütləsi tərəfindən böyük rəğbətlə qarşılandı. «Call of Duty» silsiləsi öz növbəti seriyası ilə «geymer»lәrin ürəklərini bir daha fəth etməyi bacardı. Oyunu hazırlayan «Sledgehammer Games» studiyası layihəyə Hollivud ulduzu Kevin Speysini dəvət etməklə oyuna daha çox rəng qata bildi.

Call of Duty Advanced Warfare (2)

Hadisələr gәlәcәkdә, daha dәqiq desәk, 2056-cı ildə baş verir. Kevin Speysinin canlandırdığı Baş antoqonist Conatan Ayrons dünyanı ələ keçirmək istəyir və bu məqsədə öz ordusunun köməyi ilə nail olmaq isləyir. Biz oyunu siravi Amerikan əsgəri Mitçel rolunda oynayırıq. Xatırladaq ki, oyunun birinci missiyasında Conatan Ayronsun oğlu və Mitçelin dostu Vil Ayrons həlak oldu. Dostunu itirdiyi gün Mitçel özü də yaralanıb sol əlini itirmişdi. Buna baxmayaraq Conatan onu «Atlas» şirkәtinin ordusuna dəvət edir vә burada Mitçelə insan əlinin bütün funksiyalarını yerinə yetirə bilən superprotez tәklif edir. Mitçel dəvəti qәbul edir. Beləliklə, biz oyunu Mitçel rolunda «Atlas» ordusunun sıralarında davam etdiririk.

Call of Duty Advanced Warfare (1)

Oyunda döyüşçülər gələcəyin fantastik texnologiya məhsullarından geniş istifadə edirlər. Bu məhsullardan ən önəmlisi, sözsüz ki, ekzoskeletlərdir (yunan dilindən: έξω — zahiri vә σκελετος — skelet). Ekzoskelet vasitəsilə döyüşçü öz fiziki gücünu artırır, hündürə sıçraya bilir, dik divara dırmaşır, güclü zərbələr endirə bilir. Oyunda iki növ ekzoskelet var. Bunlardan biri müdafiə, digəri isə hücum ekzoskeletidir. Hücum ekzoskeleti vasitəsilə oyunçu çox yüksəyə tullanma qabiliyyətini əldə edir, müdafiə ekzoskeleti isə ona qalxandan vә overdrayv funksiyasından istifadə etmək imkanlarını yaradır. Overdrayv funksiyası vaxt axınını yavaşladıb oyunçuya reaksiya vermək üçün möhlət verir. Oyunçular diqqət etməlidirlər ki, ekzoskeletləri fasiləsiz istifadə etmək olmaz, çünki onlar enerji akkumulyatorlarının gücü ilə işləyir. Maraqlananların nəzərinə çatdırmaq istərdik ki, ekzoskeletlərin funksiyalarını tam və dolğun şəkildə müşahidə etmək, onlardan tam gücü ilə istifadə etmək üçün multipleyer rejimində oynamaq məsləhət görülür (adi tək oyunçu rejimində ekzoskeletlər o qədər də ciddi təsir gücünə malik olmur). Ekzoskeletlərlə yanaşı döyüşdə avtomatik nişanlamalı və multifunksional qumbaralardan, eləcə də döyüş dronundan istifadə etmək olar. Oyunçunun nə etmək istədiyindən asılı olaraq o, multifunksional qumbaranın EMİ ( Elektromaqnit impuls), sensor və ya işıq qumbarası funksiyalarından birini işə sala bilər. Aydındır ki, oyun öz adını tamamilə doğruldub («Advanced warfare» ifadəsinin mənası «muharibə aparmağın irəliləmiş üsulları»dır).

Call of Duty Advanced Warfare (3)

Hər zaman olduğu kimi qrafika bu dəfə dә yüksək sәviyyәdә tərtib edilib. Oyunda çox sayda təsiredici partlayışlar, realistik alov vә tüstü effektləri var. Eyni zamanda «Call of Duty: Advanced Warfare» personajların mükəmməl üz animasiyaları ilə yadda qalır. Qeyd edək ki, əgər kompüterinizin texniki imkanları bu oyunu mükəmməl rejimdə davam etdirməyi təmin edirsə, siz oyun prosesi ilə səviyyələrarası videohaşiyələr arasındakı fərqi demək olar ki, hiss etməyəcəksiniz. «Sledgehammer Games» bu oyunda holoqrafik interfeys yaradmaqla oyun prosesini gerçəkliyə daha yaxın, eyni zamanda onu asanlaşdırmağa nail olub. Bunun sayəsində oyunçu öz diqqətini interfeysə çox yayındırmadan rahat oynayır.

Call of Duty Advanced Warfare (4)

«Atıcılar» və ya «Şuterlәr» arasında klassik sayılan bu oyundakı bəzi yeniliklər ilk baxışdan qəribə görünsə dә, sonradan onların heç də yersiz deyil, әksinә, unikal olduğunu, oyunda vacib yer tutduğunu müşahidə etmək olar. Şübhə etmirik ki, «Call of duty» oynayanlar sadəcə oyun prosesindən deyil, eləcə də özlərini sanki Hollivud bloqbasterindә baş rol oynayırlarmış kimi hiss etdirən sujetdәn zövq alacaqlar.

Minimal sistem tәlәblәri:

  • Videokart: NVidia GTX 460 vә ya AMD Radeon HD 5770, yaxud daha yaxşısı;
  • Prosessor: Intel Core2 Quad Q6600 vә ya AMD Phenom X4 9750, yaxud daha yaxşısı;
  • Operativ yaddaş: 8 Gb.
Управление проектами – новый тренд в азербайджанских компаниях
Обзор смартфона Motorola Moto G
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!