spot_img
19 апреля, 2024
ДомойSoftwareИгрыOyun icmalı: Alien: Isolation («Yadplanetli: Təcrid»)

Oyun icmalı: Alien: Isolation («Yadplanetli: Təcrid»)

1979-cu ildə baş rolda Siqurni Uiverin iştirakı ilə çəkilən və Oskar mükafatı qazanan «Alien» («Yadplanetli») filmi böyük marağa səbəb olmuşdu. Bu filmdəki qəddar «ksenomorf» obrazı (yunan dilindən «xénos» — özgə, yad, «morph» — forma, növ) tamaşaçılara olduqca dərin təsir bağışladığından, söhbət yalnız bu filmlə qurtara bilməzdi. Filmin ardından həmin yadplanetliyə həsr olunmuş bir çox kitab yazıldı, komikslər və filmlər çəkildi.

AlienIsolationWallpaper_Phase-2

Kompüter oyunları yaratmaq cəhdləri də az deyildi. 1982-ci ildən bu günə kimi «Alien» yadplanetlilərinin iştiraki ilə 50-yə yaxın oyun yaradılıb. Lakin «Aliens: Colonial Marines» oyununun uğursuzluğa uğradıqdan sonra, «Alien»lərə əsaslı yenilik gətirmək labüd oldu. Bu yeniliyi bizə strategiya janrında yaratdığı oyunlarla, xüsusilə də «Total War» oyun seriyası ilə şöhrət qazanmış Britaniyanın «The Creative Assembly» studiyası «Alien: Isolation» layihəsində təqdim etdi.

Alien-Isolation

«Alien: Isolation»-da biz ilk «Alien» filmindən yaxşı tanıdığımız Ellen Riplinin qızı Amandanın rolunda çıxış edirik. Artıq 15 ildir ki, anasının axtarışında olan Amandanın yolu «Sevastopol» kosmik stansiyasına düşür. Orada o, anası tərəfindən yazılmış mülahizələri tapır və anlayır ki, axtarışları düz istiqamətdədir. Lakin, Amanda «Sevastopol» stansıyasında digər sirləri də açmalı olacaq. Bütün sirlərin cavabı isə stansiyanı ələ keçirmiş ksenomorfdadır.

AI_LAUNCH_SCREEN011_1411636921

Ksenomorfla üzləşdikdən sonra oyunun tərzi tamamilə dəyişir. Oyunçu hər şeyə qarşı diqqətli olmalıdır, ksenomorf yaxınlaşdıqda gizlənmək üçün vaxt itirmədən bir yer tapmalıdır. Amanda dəmir şkafların, havalandırma sistemlərinin içində, masaların altında və buna bənzər yerlərdə gizlənə bilər. Amma ksenomorfdan gizlənmək həmişə yetərli olmur. Bəzi hallarda canını qurtarmaq üçün Amandaya qalan yalnız qaçaraq xilas olmaqdır. «Alien»-ı öldürmək mümkün olmasa da, Amandanın üstündə gəzdirdiyi xüsusi qurğu, bədheybətin yaxınlaşdığından xəbər verir və ona xilas olmaq üçün fürsət yaradır.

2589186-alienisolation1_1404833866

Yadplanetli unikal süni intellektə malikdir. Onun hər hərəkəti oyunçu üçün gözlənilməz ola bilər. Gözləmədiyiniz halda o, arxadan və yaxud tavandan oyunçuya qəflətən hücum edib onu təşvişə sala bilər. Amandanın ən təhlükəli düşməni, sözsüz ki, yadplentli ksenomorfdur. Bununla belə o, oyunun bir çox epizodlarında stansiyada yaşayan dəli insanlar və nəzarət altından çıxmış androidlərə qarşı mübarizə aparmalı olur.

Vizual cəhətdən oyun dərin təsir bağışlayır. Oynamağa başlarkən diqqətimizi ilk növbədə ümumi mühitin birinci «Alien» filminə inanilmaz dərəcədə uyğun olması cəlb edir. Təkçə belə bir retro-fantastik ab-havaya qərq olmaq üçün ötrü bu oyunla tanış olmağa dəyər. Hətta, yaradıcıların dediklərinə görə, 80-ci illərin ab-havasını hiss etdirmək üçün onlar effektləri əvvəlcə kino plyonkasına çəkib rəqəmsallaşdırdiqdan sonra oyuna montaj ediblər. Oyunu yaradarkən hər incə təfərrüatı nəzərə alan «The Creative Assembly» studiyası nəticədə bizə fövqəladə maraqlı və yaddaqalan bir oyun bəxş etməyi bacarıb. Burada heyrətamiz səs effektlərini xüsusilə qeyd etmək lazımdır. Bu effektlər bizi daim həyacan içində saxlayır, oyun mühitinin real olduğuna inandırır.

Ümumiyyətlə demək olar ki, bu oyundan bütün oyunçular həzz alacaqlar. Həyəcandolu, cəlbedici süjet əsasında qurulmuş, mükəmməl səsləndirmə, gözəl qrafika və maraqlı «gameplay» xüsusiyyətlərinə malik olan «Alien: Isolation» oyunu şübhəsiz ki, gözlədiyimizdən də üstün səviyyədədir.

«Alien» seriyasının ən mükəmməl oyunu ilə video oyunları toplusuna parlaq yenilik gətirən «The Creative Assembly» studiyasının təqdim etdiyi «Alien:İsolation» həm seriyanın fanatlarına, həm də boş vaxtını maraqlı oyun oynayaraq keçirmək isləyənlərə məsləhətdir.

alien-isolation-29424-1920x1080

  • Platformalar: PC, Xbox360,PS3,XboxOne,PS4
  • Janr: Action (Horror)
  • İstehsalçı: The Creative Assembly
  • Nəşriyyatçı: SEGA
  • Rəsmi veb sayt: http://alienisolation.com
  • Yaş məhdudiyyəti: 17+

Tövsiyə edilən sistem tələbləri:

  • Əməliyyat sistemi: Windows 7;
  • Prosessor: Core 2 Quad Q9650 3,0 GHz / Phenom II X4 955 3,2 GHz;
  • Operativ yaddaş: 8 Gb RAM;
  • Yaddaş: 30 Gb boş sahə;
  • Video Kartı: GeForce GTX660 / Radeon R9200;
  • DirectX 9.0c.
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -