ГлавнаяТелекомСобытияBestComp şirkəti Bakutel 2014-də son nailiyyətləri təqdim etdi

BestComp şirkəti Bakutel 2014-də son nailiyyətləri təqdim etdi

“Bestcomp Group” şirkəti Bakutel-2014 sərgisində iştirak edərək   sistemlər inteqrasiyası sahəsində əldə etdiyi son nailiyyətləri təqdim etdi. Şirkətin bu ilki sərgidə təqdimatının mövzusu HP və F5 şirkətlərinin informasiya təhlükəsizliyi sistemləri və HP Autonomy oldu.

Ziyarətçilərə məlumat verildi ki, “HP Autonomy”  əsas  intellektual  mülkiyyəti —  “Intelligent Data Operating Layer (IDOL)” —  özünün əsas  kütləsində   strukturlaşdırılmayan  informasiyanın   çox  böyük  həcmlərindən   qiymətli   məlumatların   çıxarılmasına   imkan  verir.

Bestcomp_Bakutel

“IDOL”-dan  istifadə   təşkilatlara  bu   informasiya  massivlərində  müəyyənləşən   və onların   fəaliyyətinin   daha  uğurlu  olmasına  şərait  yaradan  kontekst  və  mənanı   aşkar  etməyə   imkan  verir.

“Autonomy” Proqram Təminatı  “HP”-nin portfelini  təşkil edən  və informasiyanın idarə edilməsindən başlayaraq, veb-kontentin  idarə  edilməsi,  rəqəmsal  marketinq, korporativ kontentin idarə edilməsi və tamamlanmış  reallığa  qədər    məsələləri  həll  edən   müxtəlif   məhsullara  tədricən tətbiq  edilir.

Sərgidə təqdim edildi ki, F5 informasiya təhlükəsizliyi sistemləri bir çox sahələrdə, hal-hazırda Azərbaycanda, telekom operatorlarda, dövlət strukturlarında tətbiq edilir.

Daha sonra məlumat verildi ki, şirkət  Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif  İKT layihələrinin icrasında iştirak edir. Sistem inteqratoru olan “Bestcomp Group”un təklif etdiyi həllər optimallığı ilə fərqlənir. Bu xüsusiyyətlər şirkətin müxtəlif iri layihələrdə müvəffəqiyyətlə iştirakını təmin edir.

Bakutel sərgisində ziyarətçilərin şirkətin xidmətləri ilə yanaşı onun digər layihələrdə yaxından iştirak etməsi də marağa səbəb olub. Şirkətin əməkdaşları ziyarətçilərin bu istiqamətdə olan maraqlarını nəzərə alaraq məlumat verdilər ki, “Bestcomp Group” şirkəti Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkəti tərəfindən birgə həyata keçirilən, 25000-dən çox müəllim və şağirdlərin kompüter dəstləri ilə təmin edildiyi “XALQ KOMPÜTERİ” layihəsinin operatorudur.

“BestComp Group”-un əsas üstünlüklərdən biri də onun  Azərbaycanda ABŞ-ın HP, DELL, Microsoft, Eaton, TrippLite, HİD, Almaniyanın Kindermann,  Fransanın  Schneider Electric, Gemalto, Port Designs, Tayvanın ACER, Sapphire, Türkiyənin ARTronic, Karel,  Mirsan şirkətlərinin  avtorizə edilmiş distribüteri, Oracle, Canon, Toshiba, Polycom, Symantec, F5, Citrix, Thales, Vmware, Mitel (AASTRA), Qnap, Dr.Web  şirkətlərinin biznes tərəfdaşı olmasıdır.

Şirkət Azərbaycanla yanaşı, ACER-in Gürcüstan və Orta Asiya respublikalarında,  HP-nin, Port Designs-ın, Artronik-in Gürcüstanda rəsmi distribüteridir.

Şirkətin nəzdində HP, ACER, Schneider Electric, TrippLite, Eaton, Trimble, Qnap şirkətlərinin avtorizə edilmiş servis mərkəzləri fəaliyyət göstərir.

Şirkətin ən böyük nailiyyəti onun kadrlarıdır. “Bestcomp Group”da İKT sahəsində böyük iş təcrübəsinə malik olan 200 nəfərdən artıq yüksək ixtisaslı mütəxəssis, o cümlədən elmi işini xarici ölkələrdə müdafiə edərək alimlik dərəcəsi almış mütəxəssislər çalışır.

Şirkət tərəfindən müştərilərə göstərilən xidmətin səviyyəsinin beynəlxalq standartlara cavab verməsi qarşıda qoyulan ümdə vəzifələrdən biridir. “Bestcomp Group”da 3 ildən artıq müddət ərzində fəaliyyət göstərən keyfiyyətin idarə olunması sisteminin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu isə ISO9001:2008 sertifikatı ilə təsdiq edilib.

Nar Mobile начал новую совместную кампанию с сетью магазинов Irshad Electronics
Apacer представила чипы SSD для Интернета вещей
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!