spot_img
28 марта, 2024
ДомойТелекомСобытия20-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya ve İnformasiya Texnologiyalar Sərgisi

20-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya ve İnformasiya Texnologiyalar Sərgisi

Bu il ölkədə ixtisaslaşdırılmış aparıcı tədbirlərdən biri — Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel”) sərgi və konfransı öz iyirmi illik yubileyini qeyd edir. Fəaliyyət göstərdiyi illər ərzində “Bakutel” sərgisi ölkədə telekommunikasiya bazarının aparıcı tədbiri və ayrılmaz tərkib hissəsinə çevrilib.

Bakutel 2014

“Bakutel-2014” sərgisində 250-dən artıq şirkət iştirak edəcək (onların 40%-ni daimi iştirakçılar təşkil edir). Sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və aparıcı brendlərin distribyutorları yer alır.

Bakutel-2014

İKT YENİLİKLƏRİ

Son 10 il ərzində Azərbaycanın telekommunikasiya və İKT bazarı əsaslı şəkildə dəyişməklə yanaşı, mətin addımlarla inkişaf edir və bunu yeni məhsulların, eləcə də onların inteqrasiya imkanlarının nümayiş etdirildiyi “Bakutel” sərgisində daha yaxşı görmək mümkündür. İştirakçıların 45%-i artıq öz təqdimatları barədə məlumat veriblər.

SƏRGİNİN TƏQDİMATLARI:

  • Bir neçə dəqiqə ərzində xüsusi sayt yaratmağa imkan verən Azərbaycan dilində platforma;
  • İstənilən növ qurğular üçün İnternet-tv;
  • Mobil telefonlar üçün tətbiqi proqramlar (bu proqramlar internet sürəti zəif olduqda belə, TV kanallarına baxmağa imkan verir), eləcə də art-instalyasiya nümayiş etdirən LED video-sistemlər;
  • Yeni texnologiyalar, nəqliyyat vasitəsinin izlənməsi və avtoparkın idarə edilməsi üzrə GPS sistemləri;
  • “Mobil pul kisəsi” üzrə həll variantları;
  • Optik-lifli kabellər;
  • Optik lifin birləşdirilməsi üzrə mexanizmlər;
  • “FTTH” (evə qədər optik lif) optik lifli texnologiyalar sahəsində kompleks həll variantları və xidmətlər;
  • Peyk və yerüstü sistemlər və ləvazimatlar sahəsində keyfiyyətli həll variantları:
  1. 1. ofset parabolik və planar antenalar;
  2. 2. yerüstü antenalar, əsas stansiyalar;
  3. 3. səyyar radio-əlaqə avadanlıqları.

Bakutel-2014_2

Sərginin ziyarətçiləri şübhəsiz ki, “Epson Moverio” markalı eynəklərlə maraqlanacaqlar. Bu eynəklər həm video-filmlərə baxmaq, həm də tibdən tutmuş muzeyə kimi müxtəlif peşəkar sahələrdə istifadə üçün nəzərdə tutulmuş unikal “qadjet”dir. Həmçinin, “Oculus Rift” markalı innovasiyalı virtual reallıq dəbilqəsi sizi video-oyunlar və kompyuter əyləncələri aləminə qərq etmək üçün nəzərdə tutulub.

Müasir oyun texnologiyalarının həvəskarları üçün Bakı Ekspo Mərkəzinin foyesində oyun zonası təşkil olunub və burada hər bir kəs virtual aləmdə qol vura və ya yarış trasında öz məharətini göstərə bilər. Sərgiyə gələn ziyarətçiləri isə Bakıda ilk dəfə öz şou-proqramı ilə çıxış edəcək robotlar salamlayacaq.

Beləliklə, sərginin ziyarətçiləri yaxın gələcəkdə ölkə bazarına çıxarılacaq yüksək texnoloji həll variantları, habelə müasir avadanlıq və xidmətlərlə bilavasitə iş prosesində ilk tanışlıq imkanına malik olacaqlar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -