ГлавнаяТелекомСобытияTələbələr arasında beynəlxalq ACM ICPC proqramlaşdırma yarışının ölkə mərhələsi keçirilir

Tələbələr arasında beynəlxalq ACM ICPC proqramlaşdırma yarışının ölkə mərhələsi keçirilir

Universitet Tələbələrinin 39-cu ACM ICPC (International Collegiate Programming Contest) Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin ¼ final və ya ölkə mərhələsi 9 noyabr 2014-cü ildə keçiriləcək.

ACM_ICPC

Saat 10.00-da Qafqaz Universitetində müsabiqənin rəsmi açılışı olacaq. Tədbirin təşkilatçıları Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Proqramlaşdırma Müsabiqələri İştirakçılarının Milli Assosiasiyası, IEEE Azərbaycan bölməsi və Azərbaycan ACM Bölməsidir. Xatırladaq ki, ACM ICPC müsabiqəsinin Azərbaycan üzrə regional direktoru Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, münsiflər heyətinin sədri isə Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadədir.

Müsabiqədə müxtəlif universitetlərin komandaları iştirak edir, qalib komandalar regional yarımfinala vəsiqə qazanır. İştirak edən hər komanda 3 nəfər bakalavr və ya magistratura səviyyəsində təhsil alan tələbədən ibarət olur. Komandalar 5 saat ərzində verilən məsələləri həll etməyə çaılışır. Beynəlxalq İnformatika Olimpiadasından fərqli olaraq burada bir məsələnin həlli ancaq bütün testləri uğurla keçdikdə düzgün hesab olunur. Komandalara 9-11 alqoritmik məsələnin şərti verilir və müsabiqə zamanı iştirakçılar məsələlərin həllini C, C++, C#, Cava (Java), Paskal (Pascal) proqramlaşdırma dillərindən birində yazıb avtomatik qiymətləndirmə sisteminə göndərirlər. Məsələlərin həlli bu sistem vasitəsilə yoxlanır və komandaya uyğun ballar verilir. Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatı http://icpc.baylor.edu veb-saytından əldə etmək olar.

Opera Mini 9 становится первым веб-браузером с видеоускорением
Sharp изобрела первую камеру ночного видения, способную снимать цветное изображение
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!