spot_img
28 марта, 2024
ДомойТелекомСобытия“PL/SQL Peşəkərlığa Gedən Yol” adlı kitabın təqdimat mərasimin hesabatı

“PL/SQL Peşəkərlığa Gedən Yol” adlı kitabın təqdimat mərasimin hesabatı

11 oktyabr tarixində Azərbaycan Yüksək Texnologiyalar Parkında PL/SQL proqramlaşdırma dilinə həsr edilmiş “PL/SQL peşəkərlığa gedən yol” kitabının təqdimatı keçirilmişdir.

Kitabın müəllifləri olan Samir Səmədov (AzeriCard Processing Center, IT direktoru müavini), Rahim Əhmədov (Azercell, Billinq və Hesablamalar qrupunun aparıcı mütəxəssisi) və Ramin Səmədov (Paşabank, bank sistemlərinin təstəyi şöbəsinin rəhbəri) böyük iş görərək, Oracle verilənlər bazası daxilndə PL/SQL proqramlaşdırma ilə məşğul olmaq istəyən Azərbaycanlı istifadəçiləri və oxucularına yeni kitabılarını təqdim edirlər.

Qeyd etmək lazımdır ki, bu Azərbaycan dilində nəşr edilmiş, nadir ixtisaslaşmış nəşrlərdəndir. Xüsusi ilə onu da qeyd etmək lazımdır ki, kitabın yığımında və dizaynında NDesign.az komandası tərəfindən böyük iş görülmüşdür.

_MG_7592

Kitab haqqında məlumat — Kitab Oracle verilənlər bazasının ən güclü prosedular proqramlama dili olan PL/SQL haqqındadır.

«PL/SQL peşəkarlığa gedən yol» kitabında müəlliflər tərəfindən təqdim edilən nümunələr PL/SQL dilində peşəkar səviyyəsində proqramlaşdırmağa kömək edəcəkdir. Bu kitabda effektiv və sürətli çalışacaq proqram kodlarının yazılması qaydaları təqdim edilir. Kitabda relasyon və abstrakt məlumatların effektiv emalı, təhlükəsizlik və triqqerlər daxil olmaqla PL/SQL-in geniş funksionallığı təsvir edilmişdir. Kitabda təqdim edilən praktik həllər, PL/SQL dilinin müxtəlif proyektlərdə istifadəsi zamanı onun funksional imkanlarını və real gücünü anlamaqda kömək edəcəkdir. Kitab həm PL/SQL dilini öyrənmək istəyənlər, həmçinin bu dildən artıq istifadə edən peşəkarların masa üstü kitabı kimi maraqlı olacaqdır.

«PLSQL peşəkərlığa gedən yol» kitabı 300 nüsxəli tirajla çap edilib və həcmi 531 səhifədir. Kitab «Avropa» tipoqrafiyasında çap edilmişdir.

Kitabı «Ali&Nino» mağazalar şəbəkəsindən 20 oktyabr 2014-cü ildən 29.90 manat qiymətində əldə etmək mümkün olacaqdır.

Tədbirdə İT sahəsində fəaliyyət göstərən çoxlu sayda mütəxəssislər iştirak etmişdir. Kitabı nəzərdən keçirmiş və Azərbaycanda Oracle sahəsində öncül mütəxəssislərdən olan Vüsal Xəlilov (OCM Java Architect), Mahir Quluzadə (OCE DBA), Mahir Əfəndiyev (OCM DBA), Vüqar Baxşiyev (OCM DBA) də tədbirin iştirakçılar arasında idi.

Tədbir 10:30-da iştirakçıları salamlamaqla başlamışdır. Daha sonra Ramin Səmədov tərəfindən kitabın yazılması tarixi və bu procesdə qarşılaşmış çətinliklər haqqında «Kitabı yazma tarixçəmiz» adlı təqdimat göstərilmişdir. Bu təqdimatın sonunda kitabın yazılması zamanı çəkilmiş şəkillər də göstərilmişdir.

_MG_7617

Növbəti çıxışda kitabın müəlliflərindən olan Rahim Əhmədov (OCE) “PL/SQL Peşekərlığa gedən yol” kitabının xüsusiyyətlərindən və detallarından bəhs etmişdir. Daha sonra dizayner və kitab tərtibatçısı Nilufər Şadlınskinin kitabın nümunəsi əsasında «Dizaynda müasir tendensiyalar və dizayn kosepsiyaları» mövzusunda çıxışı olmuşdur.

_MG_7643

Üçüncü çıxışdan sonra fasilə verilmişdir.

_MG_7655

Fasilədən sonra Azərbaycanda ilk dəfə proqramlaşdırma sahsində ən mötəbər sertifikatlardan olan və OCM Java Architect sertifikatı almış Vüsal Xəlilov çıxış etmişdir. Vüsal öz çıxışında heç də asan olmayan bu sertifakatı alma yolunu izah etmiş və tədbir iştirakçılarında böyük maraq yaratmışdır.

_MG_7810

_MG_7826

Tədbiri Samir Səmədovun (PhD, OCM DBA) mobil tətbiqlər sahəsində olan MyApps.az startapı haqqında təqdimatı sonlandırmışdır.Bu təqdimatın sonunda İOS və Android platformaları üçün hazırlanmış mobil tətbiqin prototipi nümayiş etdirilmişdir. Həmçinin real zaman ərzində tətbiqin kontekstinin dəyişdirilməsi və puş-notifikasiyaların göndərilməsi də nümayiş etdirilmişdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -