ГлавнаяТелекомСобытияİnformatika üzrə beynəlxalq müsabiqə barədə seminar keçirilir

İnformatika üzrə beynəlxalq müsabiqə barədə seminar keçirilir

Azərbaycan ACM Bölməsi 25 oktyabr hər kəsi informatika üzrə beynəlxalq “Qunduz” (“Bebras”) müsabiqəsi barədə seminara dəvət edir. Bu müsabiqə (“Bebras” International Contest on Informatics and Computer Fluency) proqramlaşdırma bilikləri olmayan şagirdlərin alqoritmik və məntiqi təfəkkürlərini qiymətləndirmək üçün hazırlanıb. Başlanğıcı 2004-cü ildə qoyulmuş “Qunduz” müsabiqəsi hazırda dünyanın 30-a yaxın ölkəsində, o cümlədən Avstriya, Almaniya, Fransa, Kanada, Yaponiyada mütəmadi olaraq keçirilir. Daha geniş məlumatı müsabiqənin veb-saytından əldə etmək olar: http://www.bebras.org/

Qunduz

Hər il olduğu kimi, bu il də noyabr ayında dünynanın bir çox ölkəsində “Qunduz” Həftəsi keçiriləcək. Ölkəmizin 10-14 noyabr tarixləri baş tutacaq 11-ci Ümumdünya “Qunduz” Həftəsinə qoşulması nəzərdə tutulur. Bu seminarın əsas məqsədi müsabiqələrdə yerli şagirdlərin iştirakını təmin etmək üçün hazırlıqların görülməsidir.

Seminar Azərbaycan ACM Bölməsi tərəfindən təşkil edilir və Bakı şəhəri Binəqədi rayonunda yerləşən 83 nömrəli məktəb-liseydə keçiriləcək. Tədbirdə əsasən informatika müəllimləri və müsabiqələrin keçirilməsinə kömək etmək istəyən könüllü gənclərin iştirakı nəzərdə tutulur. Müsabiqə ilə maraqlanan hər kəs seminara dəvətlidir. Ən son məlumatları tədbirin səhifəsində öyrənmək olar: https://www.facebook.com/events/355234384636992/

Seminarın birinci hissəsində rəsmi çıxışlar olacaq və ölkəmizdə İnformatika üzrə fənn olimpiadaları və müsabiqələri barədə ümumi məlumat veriləcək. İkinci hissədə iştirakçılara “Qunduz” onlayn sisteminin istifadə qaydaları öyrədiləcək və sistem müəllimlərlə birlikdə sınaqdan keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda ilk “Qunduz” müsabiqəsi 6 aprel 2014-cü ildə İsmayıllı rayonunun məktəbliləri arasında keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, İsmayıllı rayon icra hakimiyyəti, İsmayıllı Rayon Təhsil şöbəsinin dəstəyi, Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu və həmçinin “İSTECH” və “NEATS” şirkətlərinin təşkilati dəstəyi ilə baş tutmuş bu yarışda 4-9-cu siniflərdə oxuyan 265 şagird iştirak edib.

Azərbaycan ACM Bölməsi təşəbbüs qrupunun üzvü Adil Əliyev deyir: “Qunduz müsabiqəsi vasitəsilə hədəfimiz Azərbaycanın bütün guşələrindən istedadlı şagirdləri aşkar edərək, onların beynəlxalq informatika olimpiadasına hazırlaşmasını təmin etməkdir”.

Daha geniş məlumat almaq üçün Azərbaycan ACM Bölməsi ilə council@azerbaijan.acm.org e-poçt ünvanı və ya https://www.facebook.com/acm.azerbaijan səhifəsi vasitəsilə əlaqə saxlayın.

В Баку пройдет семинар, посвященный международному конкурсу по информатике
Электромобиль Tesla Model S поступил в продажу в китайском интернет-магазине
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!