ГлавнаяТелекомСобытияXəzər Universitetində Cisco laboratoriyası fəaliyyətə başlayır

Xəzər Universitetində Cisco laboratoriyası fəaliyyətə başlayır

лаборатория Cisco

Xəzər Universiteti nəzdində fəaliyyət göstərən İnternet İnstitutunda Cisco laboratoriyası fəaliyyətə başlayır. Laboratoriyada tələbələrin sərbəst çalışaraq ICND1, ICND2, CCENT və CCNA beynəlxalq sertifikatları almaları üçün müvafiq şərait yaradılmışdır.

лаборатория CiscoLaboratoriyada tələbələr aşağıda qeyd edilmiş material və avadanlıqlarla işləyə biləcəklər:

  • Elektron materiallar (kitablar, videodərsliklər);
  • Test etmək üçün Cisco Switch və Router-lər;
  • Əlavə olaraq administratorluq mühitinin simulyasiyası üçün 1U HP Server;
  • Şəbəkə kabelləri;
  • Montaj üçün alətlər.

Şərtlər:

  • Tələbə minimum şəbəkə kabellərini montaj etməyi bilməlidir;
  • Şəbəkə kabelinin montajı üçün tələbə test sınağından keçiriləcək;.
  • Sərbəst öyrənmək həvəsi və həftədə ən azı 2 dəfə laboratoriyada məşğul olmaq üçün vaxtı olmalıdır;
  • Eyni vaxtda maksimum 5 tələbə hazırlaşa bilər.

Hazırlıq proqramı:

  • Şəbəkələrin əsası;
  • Ethernet protokolu;
  • Lokal şəbəkələr arası əlaqənin qurulması;
  • Qlobal şəbəkə texnologiyası;
  • Şəbəkə əhatəsindəki qurğuların idarə edilməsi.

Cisco laboratoriyasında hazırlaşmaq istəyən tələbələr mart ayının sonunadək İnternet İnstitutuna (Neftçilər kampusu, köhnə bina, otaq 310) müraciət edə bilərlər. Hazırlıq mərhələsi aprel və may aylarında olacaq.

В Университете "Хазар" начинает работу лаборатория Cisco
Azercell: Инвестиции в качество обслуживания и надежность сети продолжаются
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!