ГлавнаяБлогиАзербайджанские БлогиSMM dünən, bu gün və gözlənilən yeniliklər

SMM dünən, bu gün və gözlənilən yeniliklər

SMM (Social Media Marketing)

Əziz dostlar, bloqumda uzun müddət ara verdikdən sonra, yazılarımı davam etdirmək istəyirəm. İşlərimin çoxaldığını nəzərə alsaq, çalışacam hər zaman sizə yeni və maraqlı məlumatlar çatdırım. Bu günkü mövzumuz ölkəmizdə son zamanlar çox inkişaf etmiş SMM (Social Media Marketing) sahəsi barədə olacaq.

SMM (Social Media Marketing)İlk paraqrafda qeyd etdiyim kimi, Rəqəmsal Marketinq və onun ən aktiv qolu olan Sosial Media Marketinqi son zamanlar ölkəmizdə çox inkişaf edib və şirkətlərin Marketinq şöbələri illik büdcənin öncəki illərə nisbətən rəqəmsal bazara ayrılmış pay faizini qaldırırlar. Bu məqam, son zamanlar ölkəmizdə internet istifadəçiləri və mobil internet istifadəçilərinin sayının artması, eləcə də sosial şəbəkə istifadəçiləri sayının yüksək dərəcədə qalxmasının çox böyük təsir etməsidir. 

Əgər Facebook reklam xidmətinə əsaslansaq, Azərbaycanlı istifadəçilərin sayı artıq 1.340.000 sayını keçib. Mail.Ru Group aid olan Odnoklassniki.ru, My.Mail.ru (Moy Mir)  Mail@Mail.ru şəbəkələrində son 8 gün nəticələrinə görə Azərbaycanlı istifadəçi sayı ümumilikdə 1.209.000-dir. Qeyd edim ki, keçən ilə kimi Odnoklassniki və s. səhifələrdə reklam görsənmə (показ) görə edilirdi. Artıq yalnız Mail.ru əsas səhifəsi və s. yerlərdə bu imkanlar qalıb. Azərbaycanda fəaliyyət göstərən New Media şirkəti artıq Mail.ru Group sosial şəbəkələrində reklama nəzarət etmir. Özünüz rahatlıqla target reklam edə bilərsiniz. Qeyd edim ki, sistem beta versiyada işləyir.

Таргет@Mail.ruVK (VKontakte) sosial şəbəkəsində bu göstərici hal-hazırda 774.266 bildirilir. VK daha çox kino, video və musiqi dinləmək üçün girən insanlar, eləcə də daha çox rusdilli Azərbaycanlıların (hətta xaricdə yaşayan həmyerlilərimiz) istifadə etdiyi şəbəkədir. Siz Şahdağ İstirahət Mərkəzini və yaxud Bakı çimərlikləri və Qobustanı keçmiş SSSR ölkələrinə reklam etmək istəsəniz, ən yaxşı məkan VK şəbəkəsidir. 

Sizə ən məşhur sosial şəbəkərlə Azərbaycanlı istifadəçilərinin sayının artmasını, nəyə görə şirkətlərin marağına səbəb olmasına görə təqdim etdim. Son zamanlar şirkətlərdə SMM menecer vəzifəsi yaradılıb və yeni işçilərə ehtiyac duyulur. Eləcə də, ikinci abzasda bildirdiyim kimi, marketinq şöbələri rəqəmsal marketinqə ayırdıqları büdcələri yeni ildə daha da artırırlar. Bu da, internet üzərindən əldə edilən yeni müştərilən, satılan məhsulların sayının uğurlu artmasının nəticəsidir. Ancaq, paralel olaraq bu gün ənənəvi marketinq mütəxəssislərinin bir çoxu – rəqəmsal marketinq barədə anlayışları yox dərəcəsindədir. Bu da bazarda olan müştəri payını ələ keçirmələrini gecikdirir.

Məsələn, mobil operatorlar içindən ən tez sosial şəbəkələri target etmiş Azercell bu gün ən geniş əhatəli səhifələrə malikdir, beynəlxalq (SocialBakers) sertifikatları əldə edir. Bank sferasında 2008-2009-cu ildən sosial şəbəkələrdə aktiv olan Unibank bu gün birinci yerdədir və FB üzərindən çoxsaylı kredit müraciətləri toplamaqdadır. 2011-ci ildə yaranmış Romantic geyim mağazasının FB səhifəsi SocialBakers statistikasına görə Azərbaycanda ən maksimal saylı şəbəkədir (347.000+) və ER göstəricisi 0.293% bildirilir. Əlbəttə, burada Romantik dükanının satdığı mallar qiymətinin çoxluq üçün daha uyğun gəlməsi,Unibank verdiyi kreditlərin də çoxluqa targetlənməsi, sosial şəbəkələrdə onlara daha çox maraq olmasına gətirib çıxarır. Amma gəlin baxaq, Romantik səviyyəsində olan digər geyim dükanları, Unibank səviyyəsində olan banklar bu göstəricilərə gəlib çatıb? Xeyr! İstisna olaraq qeyd edim ki, banklar içindən Bank of Baku bu mübarizəni uduzmaq istəməyərək Unibank dalınca düşərək və vaxt itirdiyini başa düşüb. Lakin mübarizəni yaxşı aparır və gələcəkdə birinciliyi ələ keçirə bilərlər.

SocialbakersBildirmək lazımdır ki, sosial şəbəkə səhifələrində geniş auditoriya – böyük maddi büdcə ayrılmış, kreativ və əla təhsilli komanda nəticəsidir. Yəni, bu gün hər hansı bank düzgün prioritetlər seçib, gözəl aksiyalar edib (ənənəvi, bezdirici müsabiqə, yarışları unudun!), müştərilərə daha yaxın olsa, 1-2 il ərzində birinci yerə sahib olmaq REALDIR! 

Geniş auditoriya – geniş imkanlar deməkdir! Yeni Facebook alqoritminə baxmayaraq, keyfiyyətli məzmun yaradaraq, ödənişsiz öz xidmətlərinizi reklam edə bilərsiniz!

Bura kimi, ola bilər SMM sahəsi üzrə işləyən insanlara yeni maraqlı məlumat vermədim. Yeni xəbər tutduğunuz, Mail.Ru target reklamı ola biləcəyini təxmin edirəm. İndi isə öz şəxsi praktikamda qarşılaşdığım və təxmin etdiyim, eləcə də xarici rəqəmsal marketinq mütəxəssislərinin 2014-cü il üçün təxmin etdikləri yenilikləri çatdırıram:

1. Facebookda vizual məzmun daha çox olacaq!

Kissmetrics verdiyi məlumata görə, Facebook-da vizual postlar mətn tipli postlara nisbətən 53% daha çox bəyənmə (like), 104% daha çox şərh və 84% daha çox klik gətirəcək. Şəxsən, bu nəticənin düzgün və dəqiq verildiyini bildirirəm. Çünki, bu barədə Facebook 21 yanvar tarixində News bölməsində bu barədə məlumat yayıb və qrafik məzmunun daha çox timeline-da yaranacağını sözaltı bildirilib. Post nə qədər çox görülsə, bir o qədər engagement toplayır.  Eləcə də, Instagram şəbəkəsinin ölkəmizdə günü-gündən inkişaf etməsi, vizual məzmunun sosial şəbəkələrdə çoxalmasına gətirib çıxaracaq.

2. İnteraktiv məzmun statik məzmunu ötəcək! 

Statik məzmunu hazırlamaq çox asandır. Lakin, son zamanlar sosial şəbəkələrdə işə salınmış yeni alqoritmlər, istifadəçilərin sayının artması, sizin məzmunun daha az adama göstərilməsinə gətirib çıxarır. Bunun üçün şirkətlər 2014-cü ildə interaktiv məzmuna daha çox üstünlük verəcəklər.

Məsələn, əgər bir istifadəçi sizin korporativ səhifə postu altında şərh yazırsa, bu birbaşa onun dostlarının əsas səhifə tunelində (timeline) görünür. Artıq siz bir insanı cəlb etməklə, onun yüzlərlə dostunu da cəlb etmiş olursunuz. Lakin, bunun üçün siz istifadəçilərdə maraq və aktivlik görmək, interaktivlik yaratmaq istəyirsinizsə – bu cür məzmun yaratmalısınız. Adi və statik məzmun ilə müştəriləri yormayın.

3. Sosial səhifələr birbaşa satış üçün istifadə edilə bilməz!

İnsanlar alışı sevirlər, lakin onlara nəyisə satmaq istəyəndə – bu hal qəzəbə səbəb olur. Hal-hazırda sosial mediada aktiv olan şirkətlər özlərinin müvəffəqiyyətlərini bölüşür,  müştərilər ilə münasibətləri yaxınlaşdırır və onlara sosial vasitəsilə dəyərli yardım mübadiləsi yaradaraq, vacibliklərini bildirirlər. Müştərilər yeni ildə perspektivli dəyərlər, əyləncə, endirimlər, yardım və aktivlik təklif edən şirkətləri axtaracaqlar!

Misal olaraq, geyim dükanında satıcının sizə yaxınlaşaraq “Bax bunu seçin, yeni modadır” dedikdə, ona qulaq asırsınız? Xeyr. Hər biriniz sizə daha uyğun gələn, görüb bəyəndiyiniz məhsulu əldə edirsiniz. Dükan sahibi üçün ən çətini, sizin o geyim dükanına girməniz və sizin maraqınızı cəlb edəcək məhsulların təqdim edilməsidir.

4. Sosial Media müsabiqələri pullu rejimə keçə bilər! 

ReferLocal.com yaradıcısı və İcraçı Direktoru Kristopher Jones bu fikiri bizimlə bölüşüb. Düzünü desəm, on ildən çoxdur internetdə gördüyümüz və istifadə xidmətlərin pullu rejimə keçməsinin şahidi olmuşuq. Son zamanlar Facebook səhifələrindəki postların, səhifəni bəyənmiş insanlara göstərilmə sayının azaldılması və paralel olaraq bununla reklam sisteminə vadar edilməsi buna bir faktdır. Böyük sosial şəbəkələr artıq Pulsuz (Халява) imkanlara son qoyub, yavaş-yavaş şirkətlərin onlayn qazancından gəlir əldə etmək planları qoyublar. Bir çox SMM mütəxəssislər bilir ki, sosial şəbəkələrdə müsabiqə/oyun və digər bu kimi aksiyalar, adi reklamdan dəfələrdə çox insanı şirkət səhifəsinə cəlb edir. Bu məqam, çox güman Facebook gözündən qaçmır və gələcəkdə burada da ödəniş etməli olacaqsınız. Ölkəmizdə o qədər də aktiv olmayan Twitter haqqında Kristoferin çox gözəl sözləri var: Əgər siz şirkət kimi 2014-cü ildə Twitter-də uğur qazanmaq istəyirsinizsə, ödəniş etməyə hazır olun! 

5. Ölkədə Rəqəmsal Marketinq mütəxəssislərinə ehtiyac artacaq

Bu gün dünyada və ölkəmizdə Rəqəmsal Marketinq mütəxəssislərinə ehtiyac artmaqdadır. 2014-cü il bu sahə üzrə işçilərə ehtiyyac daha da artacaq. Məsələn, bu gün məndən SMM mütəxəssis soruşan bir neçə şirkət var və maaş 500-1000 AZN arası dəyişir. Orta maaş səviyyəsindən yuxarı olan bir məvacibli iş uğrunda çox az adam mübarizə aparır. Təklif etməyə isə mütəxəssislərimiz çox azdır və əsasən çoxu artıq işləyir. Digər tərəfdən, bir-iki səhifə admini olmuş insanlar, özlərini SMM mütəxəssis sayırlar. Onlara Dəmir Xəlilovun (Дамир Халилов) “SMM mütəxəssisin 100 əsas bacarığı” məqaləsini oxumağı məsləhət görürəm. Onları işə götürərkən, iş verən şirkət adamın bilik səviyyəsini tam dəqiqləşdirə bilmir. Çünki,  bir çox şirkətlərdə bu sahəni bilən yoxdur.

Əgər şirkət direktorları, marketinq şöbəsi müdirləri işə SMM mütəxəssis götürürsə, onlara bu yolda kömək edə bilərik (interview keçirmək, biliklərini və kreativliyini yoxlamaq və s.) Ümid edirəm ki, digər Rəqəmsal Marketinq mütəxəssisləri də bizim həmkarlarımıza dəstək olaraq, onların komandasında yalnız yaxşı mütəxəssislərin olmasını istəyərlər.

Bu arada bildirim ki, tezliklə SMM təlimləri keçirmək planlarımız var. Sadəcə bunu daha yüksək səviyyədə edəcəyik. Təlim etmək xətrinə edənlərə aldanmayın. Bu barədə ayrıca xəbərim olacaq. Hazırda tarix seçimi və vəsait həlləri görülür. Bu – ölkədə keyfiyyətli bilikə sahib olan mütəxəssislərin sayının artmasına çox böyük kömək ola bilər!

Qeyd edim ki, hal-hazırda xaricdə CMO (Chief Marketing Officer) vəzifəsi ilə yanaşı CMTO (Chief Marketing Technology Officer) vəzifəsinə ehtiyyac çox böyükdür. Bu da, ənənəvi marketinq ilə yanaşı, rəqəmsal marketinqin böyük gücə və tələbata sahib olmasını bildirir.

6. Sosial Media analitikası saytlarının sayı artacaq! 

Qeyd edim ki, hal-hazırda analitik saytların içində ən məşhur və güclüsü SocialBakers.com saytıdır. Bəli, onların təqdim etdiyi qiymətlər sizə baha gələ bilər. Lakin, təklif edilən xidmətlər buna dəyər! Eləcə də, ölkəmizdə fəaliyyət göstərəwww.nettrends.az saytı tezliklə sosial şəbəkələr üzrə statistikalar təqdim ediləcəyini keçən il bildirmişdilər. Paralel olaraq  dostlarımızın yaratdığı www.socset.com saytı sosial şəbəkələr üzrə özünəməxsus imkanlar təqdim edir. Bu sahə üçün sonda bildirim ki, Think.az şirkəti olaraq bazara tezliklə çox güclü bir Social Media analitikası məhsulu çıxaracayıq. Hələlik bu barədə danışmaq istəmirəm.

Sözün düzünü desəm, 2014-cü il üçün təxmin etdiyim və digər mütəxəssislərin bildirdiyi rəylər çoxdur. Lakin, bu yazıda yalnız ölkəmiz üçün ən vaciblərini qeyd etdim.  Bloq yazısının uzun olduğunu nəzərə alaraq burada bitirirəm. Şərhlərdə sizin də fikirlərinizi bilmək istərdim!

Farik.us
Платёжные терминалы MilliÖN стали принимать платежи с банковских карт
С 1 февраля в Азербайджане стала доступна услуга MNP
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!